“Dünya” məktəbində bayram şənliyi keçirildi Holiday Celebration at Dunya School

2017/01/30

2016-cı il dekabrın 28-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbində (Sumqayıt) 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr edilmiş bayram şənliyi keçirildi. Şənliyə şagirdlər, onların valideynləri, müəllimləri və digər qonaqlar dəvət edilmişdirlər. Aparıcılar Azərbaycan, ingilis və rus dəllərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü, onun tarixi haqqında geniş məlumat verdilər. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı şənliyə toplaşanları ürkdən təbrik etdi.

Məktəb şagirdlərinin ifasında şeirlər, mahnılar səsləndirildi, tamaşalar göstərildi. Müxtəlif viktorinalar keçirildi. Bayram şənliyində Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Mehman Şərifov, Sumqayıt Təhsil Şöbəsinin nümayəndələri, Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, “Dünya” məktəbinin nümayəndələri iştirak edirdilər. Universitetin əməkdaşları Məhsəti Cabbarova, Marta Lauri və digər incəsənət nümayəndələrinin ifasında mahnılar və saz havaları səsləndirildi.

Sonda şagirdlərə yeni il hədiyyələri təqdim edildi. On December 28, 2016, a celebration was held in Khazar University’s affiliate Dunya School’s Sumgayit branch to mark 31 December– International Solidarity Day of Azerbaijanis as well as New Year. Participants in the celebration included pupils, their parents, teachers and other guests. The event announcers spoke about both holidays and their histories in Azerbaijani, English and Russian. Then Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, made a speech.

Pupils performed poems, songs and skits in the event. They played several quiz games. Participants in the celebration also included Mehman Sharifov, Head of the Sumgayit City Culture and Tourism Board; representatives of the Sumgayit Board of Education; Alovsat Amirbeyli, Director for Public Relations and Media at Khazar University; and representatives of Dunya School in Baku. Musical performances were made by various artists, including songs on saz played by Khazar University colleagues Mehseti Jabbarova and Martha Lawry.

At the end of the event, pupils were given New Year gifts.