Təsisçi Ankara Universitetinin Mühəndislik fakültəsində oldu Founder Visits School of Engineering of Ankara University

2016/12/27

2016-cı il dekabrın 20-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Ankara Universitetinin Gölbaşında yerləşən Mühəndislik fakültəsində oldu. Fakültənin dekanı professor Aziz Tekin H.İsaxanlını səmimi salamlayaraq, Mühəndislik fakültəsi haqqında geniş məlumat verdi. Görüş zamanı hər iki universitetin mühəndislik fakültələrinin birgə proqramlar həyata keçirməsi qərara alındı.

Fakültə dekanı A.Tekin H.İsaxanlıya ziyarətdən dolayı dərin təşəkkürünü bildirdi.

Görüşdə Ankara Universitetinin Kompüter Elmləri departamentının müdiri prof. İman Askerbeyli, Xəzər Universitetinin Türkiyə üzrə təmsilçiləri Hüseyin Ayhan və Murat Ekinci də iştirak etdilər.

On December 20, 2016, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, visited the School of Engineering of Ankara University located in Gölbaşı. He met with Professor Aziz Tekin, Dean of the School, who gave him detailed information about the School. During the meeting, a decision was made to implement a joint program between the two universities’ Schools of Engineering.

Prof. Tekin thanked Prof. Isaxanli for his visit.

Ankara University’s Computer Sciences Department Head, Prof. Iman Askerbeyli, as well asHüseyin Ayhan and Murat Ekinci, Khazar University’s representatives in Turkey, also participated in the meeting.