Xəzər Universiteti Kamera orkestrinin qala konserti Khazar University Chamber Orchestra in Gala Concert
2016-cı il dekabrın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filharmoniyasında Azərbaycan Respulikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Xəzər Universiteti, Azərbaycan Müəlliflər Birliyinin birgə təşkillatçılığı və Xəzər Universitetinin Kamera orkestrinin iştirakı ilə “Türkdilli dövlətlərin müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş qala konsert” keçirildi. Konsertdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tatarıstan, Başqırdıstan respublikalarının bəstəkarları və musiqişünasları, Azərbaycanın millət vəkilləri, ali təhsil ocaqlarının rəhbərləri, icra hakimiyyətlərinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri və media mınsubları iştirak edirdilər.
Konsertin başlanğıcında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Azərbaycan Milli Konservatoriyasının prorektoru, musiqişünas, professor Lalə Hüseynova çıxış edərək, tədbirin türk xalqlarının musiqi sənətinin nümayişi baxımından böyük əhəmiyyət daşıdığını vurğuladılar.
Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Fərhad Bədəlbəyli, Samir Əliyev, Kərəm Əkbər (Azərbaycan), Rəşid Kalımullın (Tatarıstan), Muradbəy Beqalıyev (Qırğızıstan), Turğay Erdener (Türkiyə), Balnur Kıdırbek, Yerulan Kanapyanov, Həbibulla Setekov (Qazaxıstan), Rövşən Nepesov (Türkmənistan) və Leyla İsmaqılovanın (Başqırdıstan) kamera instrumental əsərləri ifa olundu. Konsertdə, həmçinin, Sərdar Fərəcovun Hamlet İsaxanlının sözlərinə bəstələdiyi iki vokal lövhə Azərbaycanın əməkdar artisti Fəridə Məmmədovanın ifasında səsləndi. Balnur Kıdırbek və Həbibulla Setekovun fortepiano və kamera orkesti üçün bəstələnmiş əsərləri pianoçu Zülfiyyə Sadıqovanın ifasında səsləndi. Əsərləri ifa olunmuş xarici bəstəkarlar konsertdə iştirak edirdilər.
Qeyd edək ki, beynəlxalq miqyaslı tədbirlərdə çıxış etmək təcrübəsi olan Xəzər Universitetinin Kamera orkestri universitetin Musiqi və İncəsənət departamentinin müdiri, pianoçu, dosent Zülfiyyə Sadığovanın bədii rəhbərliyi ilə fəaliyyət göstərir, orkestrin qala konsertinin dirijoru Cavad Tağızadə idi..
On December 3, 2016, a gala concert dedicated to the 25th anniversary of the independence of Turkic states was held at the Muslum Magomayev Azerbaijan State Philharmonic with the participation of Khazar University’s Chamber Orchestra. The concert was jointly organized by the Ministry of Culture and Tourism of the Azerbaijan Republic, Turksoy, Khazar University, and Azerbaijani Authors’ Society. Participants in the event included composers and music scholars from Azerbaijan, Russia (Tatarstan and Bashkortostan), Kazakhstan, Kyrgyzstan, Uzbekistan, and Turkmenistan; Members of Parliament of Azerbaijan; administrators of higher education institutions; members of government executive bodies; the public and media representatives.
At the beginning of the concert, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Professor Lala Huseynova, Vice Rector of Azerbaijan National Conservatory, made speeches about the significance of this event as an exhibition of Turkic cultural music traditions.
The concert included performances of pieces by composers such as Uzeyir Hajibeyli, Gara Garayev, Arif Melikov, Khayyam Mirzazadeh, Farhad Badalbayli, Samir Aliyev, Kerem Ekber (Azerbaijan), Rashid Kalimullin (Tatarstan), Muradbey Begaliyev (Kyrgyzstan), Turgay Erdener (Turkey), Balnur Kidirbek, Yerulan Kanapyanov, Habibulla Setekov (Kazakhstan), Rovshan Nepesov (Turkmenistan), and Leyla Ismagilova (Bashkortostan).
The concert also included a performance by Azerbaijan’s Meritorious Artist Farida Mammadova of two pieces composed by Sardar Farajov based on poetry by Hamlet Isaxanli. Piano pieces composed by Balnur Kidirbek and Habibulla Setekov were also performed by Zulfiyya Sadigova. The foreign composers whose works were performed in the conference were present in the audience.
This international-scale musical event was led by Associate Professor Zulfiyya Sadigova, Head of the Department of Music and Fine Arts. The conductor of the orchestra for this concert was Javad Taghizadeh.