Robert Hossein və Türkan Şoray ilə görüş Meeting with Robert Hossein and Türkan Şoray
2016-cı il noyabrın 18-də Xəzər Universitetinin şəhər mərkəzindəki kampusunda “Dünya” konsert salonunda Robert Hossein və Türkan Şoray ilə görüş keçirildi. Görüşdə Xəzər Universitetinin tələbələri, “Dünya” məktəbinin şagirdləri və media qurumlarının nümayəndələri iştirak etdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbiri açaraq, Robert Hossein və Türkan Şorayın həyat və fəaliyyətləri, həmçinin Avrasiya Akademiyasının fəaliyyətləri haqqında danışdı.
Görüşün birinci hissəsində Robert Hossein və Türkan Şoray ürək sözlərini dedilər, müsahibə verdilər. İkinci hissəsində isə Xəzər Universiteti və “Dünya” məktəbinin musiqili kollektivlərinin hazırladığı konsert verildi. Sonra isə tələbələr və şagirdlərin iştirakı ilə ingilis dramaturqu Uiliyam Şekspirin həyat və yaradıcılığına həsr olunmuş tamaşa səhnədə göstərildi.
Robert Hosseinin həyat yoldaşı Michele Hossein iştirakçılara və təşkilatçılara xüsusi təşəkkür etdi.
On November 18, 2016, a meeting was held for students with Robert Hossein and Türkan Şoray in the World Concert Hall of Khazar University’s downtown campus. Participants included students of Khazar University and Dunya School as well as media representatives.
Opening the event, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, gave a speech about the lives and activities of the two honored guests as well as about the activities of Eurasian Academy.
During the first part of the event, Robert Hossein and Türkan Şoray gave interviews and brief speeches. Biographic films were shown. During the second half of the event, Khazar University and Dunya School students performed a concert program. Then they gave a performance of scenes about William Shakespeare’s life and works.
Robert Hossein’s wife, Michele Hossein, especially thanked the event participants and organizers.