Amerikalı ifaçı Ceffri Verbokun “Xəzər”də solo konserti Solo Concert by American Performer Jeffrey Werbock at Khazar

2016/10/20

2016-cı il oktyabrın 17-də Xəzər Universitetinin  Mərmər salonunda  Amerika Muğam Cəmiyyətinin sədri, tanımış musiqiçi Ceffri Verbokun solo konserti oldu. Konsertdə universitetin rəhbərliyi, müəllim və tələbələr iştirak edirdilər.

Universitetin Musiqi və incəsənət departamentinin müdiri, dosent Zülfiyyə Sadıqova Ceffri Verbokun həyat və yaradıcılığı, bir neçə milli musiqi alətimizdə ifa etməklə muğamlarımızın xarici oıkələrdə təbliği sahəsindəki fəaliyyəti haqqında məlumat verdi.

Ceffri Verbok tar və kamançada Azərbaycan müğamlarını ifa etdi və iştirakçıların suallarını cavablandırdı. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı maraqlı konsertə görə Ceffri Verboka təşəkkürünü bildirdi və ona sertifikat təqdim etdi.

On October 17, 2016, a solo concert was performed in Khazar University’s Marble Hall by Jeffrey Werbock, Chairman of American Mugham Society and well-known musician. University faculty, staff and students attended the concert.

Associate Professor Zulfiyya Sadigova, Head of the Department of Music and Fine Arts, introduced Mr. Werbock with information about his life and works, including the various musical instruments he plays to promote mugham in foreign countries.

Then Jeffrey Werbock performed Azerbaijani mugham on tar and kamancha, and he answered the audience’s questions. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, thanked Mr. Werbock for the interesting concert and presented him a certificate on behalf of the university.