Xəzər Universiteti məzunlarının 40-cı və 41-ci buraxılış mərasimi Khazar University’s 40th and 41st Graduation Ceremony

2016/10/18

2016-cı il oktyabrın 15-də Bakı Musiqi Akademiyasının Opera Studiyasında Xəzər Universiteti məzunlarının 40-cı və 41-ci buraxılış mərasimi keçirildi. Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, valideynlər və qonaqlar iştirak edirdilər. Mərasim  Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı.  

Xəzər Universitetinin rektoru Nassan Niknafs məzunları təbrik edərək, yeni həyat yollarında onlara uğurlar arzuladı.

Qeyd olundu ki, 25 il ərzində universiteti, bugünkü məzunlar da daxil olmaqla (293 bakalavr, 42 magistr), 2944 bakalavr, 616 magistr bitirmişdir. Onlardan 767-si fərqlənmə diplomu almışdır.

Xəzər Universitetinin keçdiyi yol və fəaliyyəti haqqında slayd-şou nümayiş etdiriləndən sonra  Universitetin rəhbərliyi adından məzunlara ünvanlanan məktub tədbirin aparıcıları tərəfindən oxundu.

Xəzər Universitetinin Məzun Assosiasiyasının prezidenti, “Bank of Baku” ASC İdarə Heyəti sədrinin müavini Eldar Həmidov çıxış edərək bildirdi ki, aldıqları təhsil, qazandıqları bilik və bacarıqlar “Xəzər”in məzunlarına  seçdikləri sahədə uğur qazanmalarına zəmin yaradır. Onlar dövlət qurumlarında, özəl şirkətlərdə çalışır, böyük layihələrə, yeniliklərə imza atırlar, xeyli hissəsi öz işlərini qururlar.

Valideynlər adından Elşən Zeynalov çıxış edərək, universitetin rəhbərliyinə və müəllim kollektivinə minnətdarlıq bildirdi.

Sonra məzunlara diplomların təqdim olunması mərasimi başlandı. Diplomları Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Hassan Niknafs, prorektorlar Məhəmməd Nuriyev və İsaxan İsaxanlı, dekanlar və departament müdirlərı, müəllimlər təqdim etdilər. Diplomları təqdim edənlər arasında universitetin veteranı Nanə xanım Kələntərli də vardı. O, çıxış edərək universitetdə fəaliyyətini başa vurduğunu söylədi və universitet rəhbərliyinə, doğma kollektivə uzun illər ərzində birgə işə görə minnətdarlığını bildirdi. Hamlet İsaxanlı Nanə xanımın universitetdəki əməyini yüksək qiymətləndirdi və ona təşəkkür etdi.

Diplomlar təqdim olunandan sonra məzunlar Xəzər Universitetinin andını söylədilər və xatirə şəkilləri çəkdirdilər.

Professor Hamlet İsaxanlı mərasimdə çıxış etdi. O, universitetdə yaradılmış əlverişli təhsil mühitindən, yalnız yüksək keyfiyyətli mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən,  professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından və “Xəzər”in beynəlxalq təşkilatların reytinq cədvəllərində   daim fərqlənərək, Azərbaycan universitetləri arasında birinci yeri tutmasından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi tədbirlərdən ətraflı bəhs etdi.

Mərasim   universitetin Musiqi və incəsənət departamentinin  hazırladıgı konsert proqramı ilə başa çatdı. Konsertdə departament müdiri, pianoçu, dosent Zülfiyyə Sadıqova, M. F. Axundov adına Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist, Xəzər universitetinin müəllimi Fərid Əliyev, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, Çaykovski adına Moskva Konservatoriyasının magistrantı, Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova, universitetin tələbə qızlardan və oğlanlardan  ibarət  rəqs qrupları (baletmeysterlər – Xəzər Universitetinin müəllimləri Səbinə İsmayılova və əməkdar artist Telman Əliyev), universitetin rəqs ansamblı iştirak etdilər.

On October 15, 2016, a graduation ceremony for Khazar University’s 40th and 41st classes was held at the Opera Studio of Baku Music Academy. The university administration, faculty, staff, students, parents and visitors attended the event. The ceremony began with the National Hymn of the Azerbaijan Republic.

Dr. Hassan Niknafs, President of Khazar University, congratulated the graduates and wished them success in their future lives.

In Khazar University’s 25-year history, it has graduated 2944 bachelors and 616 master’s students (including the 293 bachelors and 42 master’s students graduating today). Of those, 767 earned honors diplomas.

A slideshow about Khazar University’s history was shown, followed by the reading of a thank-you letter from the graduating class to the university administration.

Then Eldar Hamidov, President of Khazar University Alumni Association and Deputy Chairman of the Bank of Baku JSC Executive Board, gave a speech in which he noted that the education and skills attained at Khazar University create opportunities for them to achieve success in their careers. Graduates work in government positions and private companies; they drive change and many of them establish their own companies.

On behalf of parents, Elshan Zeynalov made a speech to thank the university administration and faculty.

Then diplomas were presented to graduates by Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Dr. Hasan Niknafs, President of the University; Dr. Isakhan Isakhanli, Vice President for Administration and Student Affairs; Professor Mahammad Nuriyev, Vice President of Khazar University for Academic Affairs; deans of schools; chairs of departments; and instructors presented diplomas. University veteran Nana Kalantarli also participated in handing out diplomas. She made a speech announcing that she was ending her service to the university and thanking the university collective. Hamlet Isaxanli highly appraised Nana Kalantarli’s work and thanked her.

After diplomas were presented, graduates took the Khazar University oath and took group pictures.

Professor Hamlet Isaxanli made a speech about the favorable educational environment at the university, saying that it not only prepares high-quality specialists, but also raises up a well-rounded young generation. The university distinguishes itself on international rankings and constantly takes first place among Azerbaijani universities because of its hard-working staff, extended network of international partnerships with leading world universities, and constant improvement of its facilities. He also spoke about the university’s future plans.

The ceremony ended with a performance of the university’s Department of Music and Fine Arts. The concert included performances by Associate Professor Zulfiyya Sadigova, Department Chair and piano soloist; Meritorious Artist Farid Aliyev, soloist for the M.F. Akhundov Academic Opera and Ballet Theater; Mahsati Jabbarova, master’s student of Tchaikovsky Moscow Conservatory, soloist for M.Magomayev Azerbaijan State Philharmonic and Khazar University instructor;  boys’ and girls’ student dance groups (directed by Khazar University instructors Sabina Ismayilova and Meritorious Artist Telman Aliyev) and the university’s dance ensemble.