Binəqədi Rayon İcra Hakimiyyəti və “Dünya” məktəbi Müəllimlər Gününü qeyd etdi Teachers’ Day Celebration at Dunya School with Binagadi District Executive Power
2016-cı il oktyabrın 4-də 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Dünya” məktəbinin konfrans salonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsi və “Dünya” məktəbinin birlikdə hazırladığı bayram tədbiri keçirildi. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Bakı Baş Təhsil İdarəsinin rəisinin müavini Hüseyn Əsgərov, Binəqədi rayon “Ziyalılar” cəmiyyətinin sədri Asəf Zamanov, Azərbaycanın teatr və kino aktyoru, xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılov, “Dünya” məktəbinin kollektivi, Binəqədi Rayonunda fəaliyyət göstərən məktəb və bağçaların müəllim-rəhbər heyəti, Yeni Azərbaycan Partiyasının fəal gəncləri iştirak edirdilər.
Tədbirdə təbriklə çıxış edən professor Hamlet İsaxanlı bu gün Azərbaycanda böyük müəllim ordusunun yarandığını qeyd etdi. Natiq bildirdi ki, demək olar ki, hər ailədə müəllim var və hər ailə müəllim-şagirdlərlə bağlıdır. Müəllimin cəmiyyət həyatında mühüm rolundan bəhs edən professor İsaxanlı müəllimliyin dünyada ən şərəfli vəzifə olduğunu, bu gün dünyanın hər yerində müəllimlərə xüsusi qayğı göstərildiyini, ölkəmizdə də müəllimlərin rifahının daha da yaxşılaşdırılması üçün xüsusi tədbirlər planı hazırlandığını qeyd etdi.
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək, qeyd etdi ki, bu gün respublikada təhsil işçilərinin normal şəraitdə işləməsi, onların sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür. O, həmçinin bildirdi ki, harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, hamı müəllimlərə qayğı və diqqət göstərməlidir.
Tədbirdə müəllimləri təbrik edən Bakı Baş Təhsil İdarəsinin rəisinin müavini Hüseyn Əsgərov bildirdi ki, hər şeyin elmə-təhsilə söykəndiyi indiki dünyada Azərbaycan dövlətinin gücü, qüdrəti müəllimlərin gücündə və qüdrətindədir. O, eyni zamanda, bu gün Azərbaycanda gözəl və güclü müəllim ordusunun formalaşdığını da vurğuladı.
Xalq artisti Hacı İsmayılovun çıxışı iştirakçılar üçün unudulmaz oldu. Aktyor oynadığı müəllim rolları haqqında danışdı, orta məktəb illərini xatırladı, bütün cəmiyyətimizə, xalqımıza birlik arzuladı. Çıxışının sonunda müəllimləri təbrik edən natiq onların qarşısında baş əydi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı adından müəllimləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində də yaddaqalan uğurlar əldə edildiyini bildirdi. Aygün Əliyeva vurğuladı ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür və bütün bu uğurlar Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur.
Müəllimlər Günü münasibətilə keçirilən tədbiri Xəzər Universitetinin Kamera orkestri özünün klassik musiqi ifaları ilə bəzədi. On October 4, 2016, an International Teachers’ Day (October 5th) Celebration was held at Khazar University’s affiliate Dunya School together with the Binagadi District Executive Power and the Republic Committee of the Azerbaijan Educational Workers’ Free Trade Union. Participants in the event included Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Aygun Aliyeva, Deputy Head of the Binagadi District Executive Power; Mirza Jafarzada, Deputy Chair of the Republic Committee of the Azerbaijan Educational Workers’ Free Trade Union; Huseyn Asgarov, Deputy Head of the Baku Board of Education; Asef Zamanov, Chairman of the Society of Intellectuals of Binagadi District; Haji Ismayilov, Azerbaijani theater and movie actor, People’s artist, and Deputy Chair of the Creative Committee of the Azerbaijani Theater Workers’ Guild; employees of Dunya School; faculty and administrative members of schools and preschools in the Binagadi District; and active young members of the New Azerbaijan Party.
Professor Hamlet Isaxanli made a speech at the event in which he noted that there is a large labor force of teachers in Azerbaijan today. He stated almost every family has a member who is a teacher or has some connection to teachers and students. He spoke about the significant role that teachers play in society, saying that teaching is one of the most honorable professions in the world and that plans are being made in Azerbaijan and in other parts of the world to improve the well-being of teachers.
Then Mirza Jafarzada, Deputy Chair of the Republic Committee of the Azerbaijan Educational Workers’ Free Trade Union, made a speech noting that measures are being taken to ensure good working conditions and better social security for teachers in our country today. He also said that everyone should honor and take care of teachers regardless of their workplace or position.
Huseyn Asgarov, Deputy Head of the Baku Board of Education, also made a speech stating that in today’s world in which everything depends on education and science, the strength of Azerbaijan rests on the strength of its teachers. He also emphasized that Azerbaijan has a wonderful and strong corps of teachers.
Then People’s Artist Haji Ismayilov made an unforgettable speech about teacher roles he has played, memories of his high school days, and his desire for increased knowledge among our society. At the end of his speech, he bowed to thank the teachers in attendance.
Aygun Aliyeva, Deputy Head of the Binagadi District Executive Power, spoke to congratulate the teachers on their holiday. She said that in recent years, significant achievements have been made in our country in the field of education as well as in other fields. She emphasized the importance of education and schools in the upbringing of the next generation, saying that the developments in this field are clear proof of the effectiveness of President Ilham Aliyev’s education policies.
The Khazar University Chamber Orchestra also performed classical music at the Teachers’ Day celebration.