Məzunlar Assosiasiyasının təsis konfransı keçirildi Constituent Conference of Alumni Association
2016-cı il iyunun 4-də Xəzər Universitetinin “Mərmər” zalında Xəzər Universitetinin Məzunlar Assosiasiyasının təsis konfransı keçirildi. Məzunlarla iş şöbəsinin müdiri, Təşkilat Komitəsinin sədri Baba Bayramlı konfransı giriş sözü ilə açaraq, assosiasiyanın yaradılması ilə bağlı aparılan işlər barədə iştirakçılara məlumat verdi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfrans iştirakçılarını salamladı, assosiasiyanın məqsəd və fəaliyyətləri barədə öz mülahizələrini söylədi və məzunlara assosiasiyanın gələcək fəaliyyətində uğurlar arzuladı. Baba Bayramlı Məzunlar Assosiasiyasının Əsasnaməsini, onun köməkçisi Vəzifə Kərimzadə isə Facebooksəhifəsi barədə təqdimat etdikdən sonra, Assosiasianın struktur bölmələrinin yaradılması ilə bağlı müzakirə aparıldı və seçkilər keçirildi. Universitetin məzunu, “Bank of Baku”-nun sədr müavini Eldar Həmidov açıq səsvermə yolu ilə Assosiasiya Şurasının prezidenti seçildi. Assosiasiya Şurasının və İcra Komitəsinin üzvləri də seçildikdən sonra konfrans öz işini başa çatdırdı.
On June 4, 2016, a Constituent Conference of the Khazar University Alumni Association was held in the university’s Marble Hall. Baba Bayramli, Chairman of the Organizing Committee, opened the conference with information about the process of establishment of the Association.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, greeted the participants, shared his views on the objectives and activities of the Association, and wished the alumni success in their future activities. Baba Bayramli made a presentation of the Association’s Facebook page with the assistance of Vazifa Karimzada as well as a presentation of the Alumni Association Regulations. A discussion was held about the structural divisions of the Association and an election was held. Eldar Hamidov, Khazar alumnus and Vice Chairman of Bank of Baku, was elected president of the Association Board. After members of the Association Board and Executive Committee were selected, the conference was completed.