“Dünya” məktəbində “Şekspir Azərbaycanda – qaranlıqdan doğan həqiqət” adlı tamaşa nümayiş olundu. “Shakespeare in Azerbaijan: Truth Rising from Darkness” Performance at Dunya School

2016/05/23

Mayın 6-da Dünya” məktəbində görkəmli ingilis dramaturqu Vilyam Şekspirin vəfatının 400 illiyi münasibətilə “Şekspir Azərbaycanda – qaranlıqdan doğan həqiqət” adlı tamaşa nümayiş olundu.

Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə hazırlanan tamaşada xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova iştirak edirdilər.

Tamaşa Şərq və Qərb düşüncə tərzindəki oxşar və fərqli cəhətlər, rəmzlər, insan, cəmiyyət, eşq, azadlıq, mənəvi dəyərlər üzərində qurulmuşdu. Şekspirin yaradıcılığı fonunda Şərq ədəbiyyatının, o cümlədən poeziyasının tanınmış nümayəndələrinin yaradıcılığına müraciətlər olunur, mahiyyəti etibarilə eyni məzmun daşıyan əsərlərin qəhrəmanlarının yaşantıları əlaqələndirilirdi.

Tədbirdə  Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, “Dünya” məktəbinin həmtəsisçisi, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayeva, AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili akademik İsa Həbibbəyli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdüri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, şair Ramiz Rövşən, rejissor Ramiz Həsənoğlu, millət vəkilləri, ölkənin ədəbi ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak edirdilər.

On May 6, a performance entitled “Shakespeare in Azerbaijan: Truth Rising from Darkness” was presented at Dunya School in honor of the 400th anniversary of great English playwright William Shakespeare’s death.

The performance was prepared by pupils and teachers of the school and included the participation of People’s Artist Alim Gasimov and Meritorious Artist Fargana Gasimova.

The performance was based on similarities and differences between East and West, including symbols, people, society, love, freedom and moral values. It highlighted similarities between characters in Shakespeare’s works and very similar earlier Eastern literary works in the background of Shakespeare’s creative activity.

Other participants in the event included Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Nailakhanim Isayeva, Advisor to the Board of Directors and Trustees as well as co-founder of Dunya School; Academic Isa Habibbeyli, Member of Parliament, Vice President of Azerbaijan National Academy of Sciences and Director of the Nizami Literature Institute; Professor Asif Rustamli, Division Head of the Nizami Literature Institute and Doctor of Philology; poet Ramiz Rovshan; director Ramiz Hasanoghlu; Members of Parliament; and representatives of the country’s literary society and media agencies.