“Dünya” “Xəzər”in qonağı oldu Dunya School Visits Khazar University

2016/05/16

2016-cı il mayın 12-də Xəzər Universitetində “Dünya” məktəbinin X-XI sinif şagirdləri ilə görüş keçirildi. Görüşü universitetin rektoru Dr. Hassan Niknafs açaraq, Xəzər Universiteti haqqında, universitet və universitetdəki qurumlar haqqında geniş məlumat verdi. İqtisadiyat və menecment fakültəsinin dekanı professor İnqilab Əhmədov, Himanitar və sosial elmlər fakültəsinin dekanı dosent Cabir Xəlilov çıxış edərək, fakültədə olan ixtisaslar haqqında məlumat verdilər. Pakistan, Zimbabve, Yəmən və Kamerundan olan xarici tələbələr Xəzər Universiteti və Azərbaycan haqqında xoş fikirlərini şagirdlərə danışdılar və şagirdlərin suallarını cavablandırdılar.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Dünya” məktəbinin şagirdləri ilə görüşündən məmnun olduğunu bildirdi və onlara qarşıdakı seçimlərində uğurlar arzuladı. İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli “Dünya” məktəbinin şagirdlərini universitetin laboratoriyaları, Kitabxana-İnformasiya Mərkəzi, Psixologiya Mərkəzi, İnşaat mühəndisliyi laboratoriyası ilə tanış etdi. Sonda universitetin yeməkxanasında çay süfrəsi ətrafında şagirdlərlə maraqlı söhbət oldu. “Dünya” məktəbinin müəllimləri Nilufər Əliyeva, Xumar Ağayeva və şagirdlər universitetlə yaxından tanış olduqları üçün universitetin rəhbərliyinə minnətdarlığını bildirdilər.

On May 12, 2016, 10th and 11th grade pupils from Khazar University’s affiliate Dunya School visited the university for a meeting. Opening the event, Dr. Hassan Niknafs, President of the university, spoke about the structure of Khazar University. Deans also made presentations including Dr. Ingilab Ahmadov, Dean of the School of Economics and Management; and Associate Professor Jabir Khalilov, Dean of the School of Humanities and Social Sciences. International students from Pakistan, Zimbabwe, Yemen and Cameroon also spoke about their impressions of Khazar University and Azerbaijan. They answered pupils’ questions.

Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, said he was glad to meet with the Dunya pupils and wished them success in their university decisions. Alovsat Amirbeyli, Director for Public Relations and Media, gave the pupils a tour of the Khazar University laboratories, Library-Information Center, Psychology Center, and Civil Engineering Laboratory. Dunya School teachers Nilufar Aliyeva and Khumar Aghayeva thanked the Khazar University administration for the tour and meeting.