“Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu”nun 3-cü buraxılışı oldu 3rd Graduation of Training Course for Potential School Directors
2016-ci il aprelin 28-də Xəzər Universitetinin “Neftçilər” kampusunun “Mərmər” zalında kursu bitirən 64 məzuna sertifikat təqdim olunması münasibətilə mərasim keçirildi. Mərasimi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, kursun əhəmiyyətindən danışdı, Xəzər Universitetinin ümumitəhsil sisteminə və gələcək direktorlara daima dəstək olmağa hazır olduğunu qeyd etdi və məzunlara bu məsuliyyətli işdə uğurlar arzuladı. Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs isə çıxışında təhsil sahəsində islahatların zəruriliyindən danışdı. Sonra sertifikatların təqdim olunması mərasimi başlandı. Sertifikatları professor Hamlet İsaxanlı, Dr. Hassan Niknafs, universitetin prorektorları – Məhəmməd Nuriyev və İsaxan İsaxanlı təqdim etdilər.
Xatirə şəkilləri çəkildi.
Kursu bitirənlər adından Nizami Fətəliyev, Alı Məmmədov və Aynurə Museyibli çıxış edərək, layihə rəhbəri – Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayevaya, layihə koordinatoru – Xəzər Universiteti Təhsil fakültəsinin dekanı Elza Səmədovaya və layihənin digər təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Sonda tədbir iştirakçılarına Xəzər Universiteti Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı təqdim olundu.
Bu kurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə apardığı islahatları dəstəkləmək məqsədilə Xəzər Universitetində həyata keçirilən potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə 3-cü turunu başa vurmuşdur.
Təlimin əsas məqsədi ölkədəki yeni təhsil strategiyasına və təhsil islahatına uyğun olaraq məktəb direktorlarının və gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəyən təhsil işçilərinin bilik və bacarıqlarını artırmaq, onları dünyadakı səmərəli idarəetmə təcrübəsi ilə tanış etməkdir.
Üç aylıq kursun məşğələlərində iştirakçıların təqdimatları olmuş, müzakirələr və söhbətlər aparılmışdır. Onlar kursun çox əhəmiyyətli olduğunu, əldə etdikləri nəzəri və təcrübi bilikləri öz işlərində tətbiq edəcəklərini bildirmişlər.
On April 28, 2016, a ceremony was held in the Marble Hall on Khazar University’s Neftchilar campus to present certificates to 64 trainees completing the Course for Potential School Directors. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, opened the ceremony. He spoke about the significance of the course, noting that Khazar University is always ready to support the general education system and future school directors. Dr. Hasan Niknafs, President of the University, made a speech about the necessity for reforms in the education system. Certificates were handed out by Prof. Hamlet Isaxanli, Dr. Hasan Niknafs, and Vice Presidents Mahammad Nuriyev and Isakhan Isakhanli.
Nizami Fataliyev, Ali Mammadov and Aynura Museyibli made speeches on behalf of the graduates of the program to thank the project manager, Khazar University Development Director Raziya Isayeva, and the project coordinator, Dean of the School of Education Elza Samadova, as well as other coordinators of the course.
Khazar University Department of Music and Fine Arts gave a concert program for the event participants.
This training course for potential school directors, which was designed to support school administration reforms carried out by the Ministry of Education of the Azerbaijan Republic, has now completed its third iteration at Khazar University.
The main objective of the project is to increase the knowledge and skills of school directors and educational workers interested in working as school directors in the future in accordance with the new education strategy and the educational reforms of the country as well as to introduce the participants to best practices from global experience in education.
During the three-month course participants made presentations, held discussions and had conversations. They stated that the course was very important for them and that they would apply their new practical skills and theoretical knowledge in their jobs.