Azərbaycan III Beynəlxalq Psixologiya Konfransı keçirildi Azerbaijan’s III International Psychology Conference
2016-cı il aprelin 23-ü və 24-də Xəzər Universitetinin “Neftçilər” korpusunda universitetin Psixologiya departamentinin və Karyera Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan III Beynəlxalq Psixologiya Konfransı keçirildi. Konfransda respublikanın müxtəlif bölgələrindən olan mütəxəssislərlə yanaşı, sahəyə maraq göstərən şəxslər də iştirak edirdilər. Konfransa olan bu maraq nəzəriyyə ilə praktikanın bir arada olması ilə sıx bağlıdır.
Aprelin 23-də konfransın rəsmi hissəsi və məruzələr dinlənildi. Aprelin 24-də isə iştirakçılar əvvəlcədən müəyyən olunmuş vorkşoplarda iştirak etdilər.
Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova konfransı açıq elan edərək, sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. Sonra kürsüyə uzman psixiyatr İkram Rüstəmov dəvət olundu. Konfrans zamanı yerli və Türkiyədən dəvət olunmuş psixoloqlar və psixiatrlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verdilər. Konfransda Hacettepe Universitetindən professor Tuncay Ergene, Adnan Menderes Universitetindən professor Mehmet Eskin, Geştalt Dərnəyinin qurucusu professor Ceylan Daş, Yüzüncü il Universitetindən dosent Selim Günüç, Hasan Kalyoncu Universitetindən dosent Ramin Əliyev iştirak edirdilər. Konfransda imtahan həyəcanı, internet asılılığı, psixoloji konsultasiyanın mərhələləri, homoseksuallıq, yenilməzlik kimi aktual mövzular haqqında müzakirələr aparıldı. Konfransda iştirak edənlər psixologiya sahəsində yeni biliklər əldə etməklə yanaşı, bu sahənin mütəxəssislərinin bilik və təcrübələrindən yararlanmaq, fərqli baxış tərzlərini görmək, müqayisə etmək, müxtəlif universitetlərdə oxuyan tələbələr və çalışan müəllimlərlə əlaqələr qurmaq imkanı əldə etdilər.
Konfransın sonunda hər bir iştirakçıya sertifikat verildi.
On April 23-24, 2016, Azerbaijan’s III International Psychology Conference was held on the Neftchilar campus of Khazar University. It was organized by the university’s Psychology Department and Career Center. Participants included specialists and amateurs from various regions of the country. The conference was attractive to many participants because of the tightly interwoven practical and theoretical knowledge it offers.
On April 23, the conference’s official opening was held, including keynote lectures. On April 24, participants split up into workshops.
Melek Karimova, Assistant Dean of the School of Humanities and Social Sciences as well as Director of Khazar Psychological Services Center, opened the conference and gave the floor toProfessor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees. Then expert psychiatrist Ikram Rustamov gave a speech. During the conference, lectures were presented by local and Turkish guest psychologists and psychiatrists who spoke about various areas of psychology. Speakers included Professor Tuncay Ergene of Hacettepe University; Professor Mehmet Eskin of Adnan Menderes University; Professor Ceylan Das, Founder of Gestalt Association; Associate Professor Selim Gunuc of Yuzuncu il University; and Associate Professor Ramin Aliyev of Hasan Kalyoncu University. Topics discussed during the conference included test anxiety, internet addiction, stages of psychological consultation, homosexuality, and invincibility. Participants had the opportunity to gain new knowledge in the field of psychology, learn from the experience of experts, see new perspectives, make comparisons, and network with students and instructors from various universities.
At the end of the conference, every participant was awarded a certificate.