Xəzər Universiteti KUNİB-in təhsil sərgisində iştirak etdi Khazar University Participates in KUNIB Education Fair

2016/04/19

2016-cı il aprelin 16-da ParkİNN hotelində KUNİB-in (Qafqaz Universtetlər Birliyi) III Təhsil Sərgisi fəaliyyətə başladı. Sərgidə Türkiyənin 20-dən artıq universiteti, müxtəlif təhsil şirkətləri iştirak edirdi. Sərginin 1-ci günü rəsmi açılış həyata keçirildi. Rəsmi hissəni KUNİB-in başqanı, Ardahan Universitetinin rektoru professor Ramazan Korkmaz açdı. O, sərgiyə gələn bütün universitet rəhbərlərini, qonaqları, tələbələri salamladı və sərgi haqqında məlumat verdi. KUNİB-in fəaliyyəti haqqında film nümayiş etdirildi.

Təhsil sərgisində Xəzər Universiteti də iştirak edirdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli sərgini ziyarət etdilər, türkiyəli universitet nümayəndələri ilə görüşdülər.

Xatirə şəkilləri çəkildi. On April 16, 2016, the III Education Fair was organized by KUNIB (Caucaus Universities’ Union) at ParkINN hotel. The fair included more than 20 universities from Turkey as well as various education companies. On the first day of the fair, an official opening ceremony was held. The official part of the ceremony was opened by Professor Ramazan Korkmaz, head of KUNIB and Rector of Ardahan University, who welcomed the university administrators, guests, and students in attendance and gave information about the event. Then a film about KUNIB was shown.

Khazar University was also represented at the event. Prof. Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Alovsat Amirbeyli, Director of Public Relations and Media, attended the event and met with university representatives there.