Təhsil sərgisi keçirildi Education Fair Held

2016/04/04

2016-cı il aprelin 2-si və 3-də Bakı şəhərində “Akademi Qrup”un təşkilatçılığı ilə Türkiyə Universitetlərinin təhsil sərgisi keçirildi. Sərgidə Tükiyədən çoxlu sayda universitet – Boğaziçi, Bilkent, İstanbul­-Aydın, Fatih, Kahramanmaraş Sütçü İmam və digər universitetlər iştirak edirdi. Sərgidə Azərbaycandan isə yalnız Xəzər Universiteti təmsil olunurdu. Sərgiyə gələn çoxsaylı ziyarətçilər Xəzər Universiteti və oradakı fakültələrlə əlaqədar olaraq geniş məlumat almaq imkanı əldə etdilər. Əməkdaşlarımız Aysel Əkbərova və Sevinc Şəfiyeva nümunəvi davranışları ilə Xəzər Universiteti üçün ayrılmış guşədə şagirdlərin, valideynlərin və media mənsublarının diqqətini cəlb etdilər. Onlar sərginin təşkilatçıları tərəfindən təşəkkürə layiq görüldülər. Elə həmin gün Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli sərgini ziyarət etdilər, sərgidə iştirak edən universitetlərin nümayəndələri ilə görüşdülər.

Həmin gün “Akademi Qrup” tərəfindən sərgidə iştirak edən qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə Xəzər Universiteti adından Ə.Əmirbəyli iştirak etdi.

On April 2-3, 2016, an Education Fair of Turkish universities was held in Baku with the coordination of Academy Group. The fair include representatives from many universities of Turkey, including Boğaziçi, Bilkent, İstanbul­-Aydın, Fatih, Kahramanmaraş Sütçü İmam, and others. The only Azerbaijani university represented at the fair was Khazar University. Many visitors to the Fair obtained information about Khazar and its schools. Representatives Aysel Akbarova and Sevinj Shafiyeva were noticed by students, parents and media representatives visiting the fair, and they were thanked by the event administration. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; and Alovsat Amirbeyli, Director for Public Relations and Media; also visited the Fair.

The same day, Academy Group gave a banquet for guests. Alovsat Amirbeyli participated in the banquet on behalf of Khazar University.