Təsisçi Qahirə şəhərində Founder Visits Cairo, Egypt

2016/03/30

2016-cı il martın 22-dən 24-dək Misir Elm və Texnologiya Universiteti (Misr University for Science and Technology) Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının Misir tarixinə marağını nəzərə alaraq və müasir Qahirə ilə tanış olması üçün mədəni proqram təşkil etdi. Bələdçi Noureddin Hassan idi. Proqramda Misir Piramidaları (Ehramları), Misir Milli Muzeyi, Nil çayı, Qahirənin qədim qala, məsçid, mədrəsələri və müasir həyatı ilə bağlı tanışlıq nəzərdə tutulmuşdu. On March 22-24, Misr University for Science and Technology organized a cultural program for Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, taking into account his interest in Egyptian history and for the purpose of familiarizing him with modern Cairo as well. The tour guide was Noureddin Hassan. They visited the Giza Pyramid Complex, Egyptian National Museum, the Nile River, and observed Cairo’s ancient fortresses, mosques and madrasas as well as its modern life.