ABŞ səfiri Robert Sekuta Xəzər Universitetində oldu US Ambassador Robert Cekuta Visits Khazar

2016/03/09

2016-cı il martın 4-də Siyasi elm və beynəlxalq əlaqələr departamenti beynəlxalq inteqrasiya prosesləri çərçivəsində ABŞ-Azərbaycan münasibətlərini müzakirə etmək məqsədilə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı (Robert Cekuta) Xəzər Universitetinə dəvət etmişdi. Səfir Sekuta universitet tələbələri və işçi heyəti ilə ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı maraqlar, dəyərlər və məqsədlər haqqında danışdı.

Daha sonra departamentin müdiri Dr. Muxtar Hacızadənın moderatorluğu ilə sual-cavab hissəsikeçirildi. Tələbələr ABŞ-ın xarici siyasətinin müxtəlif aspektləri haqqında, eləcə də, Ermənistan-Azərbaycan: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk Qrupunun səmərəsiz fəaliyyətinin səbəbləri, ABŞ-ın Minsk Qrupunun həmsədri kimi rolu və digər beynəlxalq mövzular haqqında suallar verdilər.

Tədbirdən öncə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı səfir Robert Sekutanı, eləcə də, İctimaiyyətlə əlaqələr şöbəsinin müşaviri Stefen Kiseyi (Stephen Guice), səfirliyin Təhsil məsələləri üzrə mütəxəssisi Raminə Mürşüdovanı qəbul etdi. Profesor İsaxanlı Xəzər Universitetinin tarixi və Amerika insititutları ilə əlaqələri haqqında səfirə məlumat verdi. O, həmçinin səfirə Xəzər Universitetinin yaradılması prosesi haqqında, digəri isə “Əcnəbilər üçün başlanğıc səviyyədə Azərbaycan dili” olmaqla iki kitab təqdim etdi.

On March 4, the Department of Political Science and International Relations hosted the U.S. Ambassador to Azerbaijan, Robert Cekuta, to discuss U.S.-Azerbaijan relations in the context of international integration processes. Ambassador Cekuta spoke to university students and staff about mutual interests, values, and goals in the US-Azerbaijan relations.

Then a question and answer session was moderated by Dr. Mukhtar Hajizada, Department Chair. Students asked questions on various aspects of the US foreign policy as well as the reasons for the Minsk Group’s ineffectiveness in resoving the Armenian-Azerbaijani Nagorno Karabagh conflict, the role of the U.S. as a Minsk Group co-chair, and other international topics.

Before the event, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, received the Ambassador Robert Cekuta as well as Public Affairs Officer Stephen Guice and Education Specialist at the Embassy Ramina Murshudova. Professor Isaxanli informed the Ambassador about Khazar University’s history of relationships with American institutions. He also presented two books to the ambassador – one discussing the establishment process of Khazar University and one on Azerbaijani language for foreigners at the beginning level.