Xəzər Psixoloji Xidmət Mərkəzinin açılışı ilə əlaqədar təqdimat keçirildi Khazar Psychology Services Center Opening Ceremony

2016/03/04

2016-cı il fevralın 29-da Xəzər Universitetində Xəzər Psixoloji Xidmət Mərkəzinin açılışı ilə əlaqədar təqdimat keçirildi. Təqdimat mərasimində mərkəzin koordinatoru Mələk Kərimova Xəzər Psixoloji Xidmət Mərkəzinin hansı zərurətdən ortaya çıxdığı və hansı xidmətləri nəzərdə tutduğu barədə ətraflı məlumat verdi. O, bu mərkəzin tələbələrə və kənar şəxslərə psixoloji xidmət və dəstək vermək üzrə Xəzər Universitetinin rektorunun əmri əsasında yaradılan strukrur mərkəzlərdən biri olduğunu qeyd etdi. Mərkəzin  universitetin nizamnaməsi və daxili qaydaları əsasında fəaliyyət göstərəcəyini bildirən Mələk Kərimova  mərkəzdə psixoloji seminarlar, kurslar, təlimlər, konfranslar  təşkil ediləcəyini, elmi tədqiqat işləri aparılacağını,  universitetin  tələbələrinə (ödənişsiz) və eləcə də, kənar şəxslərə (ödənişli)  psixoloji xidmət və dəstək xidməti veriləcəyini qeyd etdi.

Professor Hamlet İsaxanlı da mərkəzin açılışı ilə əlaqədar ürək sözlərini ifadə etdi. Təqdimat mərasimində iştirakçıların sualları cavablandırıldı və struktur bölmələr arasındakı işbirliyinin vacibliyi vurğulandı.

On February 29, an opening ceremony was held for the Khazar Psychology Services Center in Khazar University. Melek Kerimova, coordinator of the center, made a presentation about the need to establish the Center and the services it will provide. She noted that the Center was founded by an order of the University President in order to provide psychological support to students and visitors. The Center will operate according to University guidelines and will coordinate seminars, courses, trainings, conferences as well as providing free psychological consultation services to university students and paid services to non-university clients.

Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, also participated and spoke at the opening ceremony. Participants’ questions were also answered during the event.