“Xəzər”də yubileylər Birthdays Celebrated at Khazar
2016-cı il fevralın 3-də universitetin akt zalında “Xəzər Xəbər” jurnalının rəssamı Mir Rafiq Əbdülrəhimovun 70, Tarix və arxeologiya departamentinin müəllimi, Xəzər Universiteti Avrasiya və Orta Şərq Araşdırmaları Mərkəzinin müdiri, fəlsəfə doktoru Fərda Əsədovun 60 və Neft mühəndisliyi departamentinin müdiri dosent Qəşəm Zeynalovun 50 illik yubileyləri münasibətilə mərasim keçirildi. Tədbirin aparıcısı, Məzunlarla iş mərkəzinin müdiri Baba Bayramlı yubilyarların həyat və fəaliyyətləri haqqında qısa məlumat verdi. Universitetin Multimedia mərkəzinin hər bir yubilyar haqqında ayrıca hazırladığı slayd-şoular nümayiş etdirldi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Hassan Niknafs və prorektor Məhəmməd Nuriyev yubilyarlara universitet adından təbrik məktublarını və gül dəstələri təqdim etdilər, fəaliyyətləri barədə danışdılar, gələcək işlərində onlara uğurlar arsuladılar. Multimedia mərkəzinin direktoru Natella Barkaya, İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi Firəngiz Nəsirova çıxış edərək, yubilyarlar haqqında ürək sözlərini söylədilər. N. Barkaya slayd-şouların yazıldığı diskləri onlara hədiyyə etdi.
Sonda M. R. Əbdülrəhimov, F. Əsədov və Q. Zeynalov mərasimin təşkilinə görə universitet rəhbərliyinə və iştirakçılara minnətdarlıqlarını bildirdilər.
Mərasim Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı ilə müşayiət olundu.
On February 3, 2016, a joint celebration was held in the Conference Hall to mark the 70th birthday of Mir Rafig Abdulrahimov, Khazar Review’s designer; the 60th birthday of Dr. Farda Asadov, Director of the Center for Eurasia and Middle East Studies; and the 50th birthday of Associate Professor Gasham Zeynalov, Head of the Department of Petroleum Engineering. The announcer for the party was Baba Bayramli, Director of the Center for Alumni Relations.
The celebration included slideshows for each of the honored faculty members above.
Speeches were made and bouquets with thank you letters on behalf of the university were presented by Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Dr. Hasan Niknafs, President of the University; and Professor Mahammad Nuriyev, Vice President of Khazar University for Academic Affairs. Natella Barkaya, Multimedia Center Director, made a speech and gave the honored guests copies of the slideshows. Firangiz Nasirova, Senior Instructor of the Department of English Language and Literature, also offered her sincere congratulations.
Then Mir Rafig Abdulrahimov, Farda Asadov and Gasham Zeynalov thanked the university administration and participants. The event ended with a concert program by the Department of Music and Fine Arts.