Humanitar və sosial elmlər fakültəsinin birinci kurslar üçün “Xoş gəldiniz” tədbiri keçirildi Welcome Party for Freshmen of School of Humanities and Social Sciences

2015/10/29

2015-ci il oktyabrın 28-də Humanitar və sosial elmlər fakültəsinin birinci kurslar üçün “Xoş gəldiniz” tədbiri keçirildi. Fakültənin dekanı dosent Cabir Xəlilov tədbiri açaraq tələbələrə öz ürək sözlərini ifadə etdi. Sonra Xəzər Universitetinin təsisçisi, Direktor və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və fakültənin müəllimləri də tələbələri təbrik edərək, universitetdə onların hərtərəfli inkişafı yönündə irəliləməsi üçün yaradılmış şəraitdən danışdılar və onlara universitet həyatında fəal olmağı tövsiyə etdilər. Daha sonra hər ixtisasın tələbələri hazırladıqları müxtəlif mahnı, rəqs və s. nömrələrini nümayiş etdirərək, tədbirə öz töhfələrini verdilər.
Tələbələrin istedadlarını ortaya çıxarmaq, onları daha yaxından tanımaq məqsədilə keçirilən bu tədbir, eyni zamanda, onların aktiv olaraq tələbə həyatlarını daha maraqlı olmasına da şərait yaradır.

On October 28, 2015, a welcome party was held for first-year students of the School of Humanities and Social Sciences. Associate Professor Jabir Khalilov, Dean of the School, opened the event by greeting the students. Then Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, made a speech to congratulate the instructors and students as well as to tell them about multifaceted progress in the university’s development and to encourage them to be active in the social life of the university. Then students from each major performed various songs, dances and other numbers they had prepared for the event.
This event provided an opportunity for students to display their talents as well as to get to know staff and be encouraged to be actively involved in university activities.