“Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu” layihəsinin icrasına hazırlıq işləri çərçivəsində müzakirələr keçirildi Discussions about Preparation to Implement “Training Course on Preparation and Evaluation of Textbooks”
2015-ci il oktyabrın 26-da Xəzər Universitetində Təhsil Nazirliyinin sifarişi ilə həyata keçiriləcək ümumtəhsil pilləsində fənn kurikulumlarına uyğun “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu” layihəsinin icrası prosesi ilə əlaqədar layihə heyəti universitetin rəhbərliyinə görülən hazırlıq işləri barədə hesabat verərək, təlimlərin təşkili prosesini geniş heyətdə müzakirə etdi. Görüşdə layihə rəhbəri PhD Elza Səmədova təlim qrupları, dərs cədvəlləri, beynəlxalq təlimçilər və təlim materiallarının hazırlanması prosesi haqqında məlumat verərək, layihənin davamlılığı istiqamətində həyata keçiriləcək fəaliyyət planını müzakirəyə təqdim etdi.
Müzakirədə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyev, fakültə dekanları, department və mərkəz rəhbərləri, əlaqədar kafedraların müəllimləri iştirak edirdilər.
Layihə çərçivəsində təlimlər 2015-ci il noyabrın 13-dən 22-dək riyaziyyat-informatika, təbiət elmləri, tarix-coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, xarici dillər qrupu olaraq 5 qrupda xarici ölkələrdən dəvət olunan mütəxəssislərin iştirakı ilə keçiriləcəkdir.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Professor Mahammad Nuriyev, Vice President of Khazar University for Academic Affairs; Deans of Schools; Department and Institution Heads; and other related staff also participated in the meeting.
According to the project plan, training events will be held from November 13 to 22, 2015, in five separate groups to cover the subjects of mathematics-informatics, natural sciences, history-geography, Azerbaijani language and literature, and foreign language instruction. Training will be led by experienced experts from other countries.


