Gənc tarixçilər numizmatika müzeyində oldular Young Historians Visit Numismatics Museum

2015/10/20

2015-ci il oktyabrın 16-da Xəzər Universitetinin Təhsil fakültəsinin tarix ixtisasının I iltələbələri seçdikləri peşədə ixtisaslaşmaları məqsədilə müəllimləri Orxan Zamanovla birlikdəİçərişəhər Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarix Muzeyinin Numizmatikaekspozisiyası ilə tanış oldular. Burada peşəkar numizmat və tarixçi Qənirə Pirquliyevanın maraqlıizahı ilə Azərbaycanın qədim pul və sikkə zərbi ilə bağlı tarixini əks etdirən sərgiyə tamaşa etdilər. Daha sonra yaxınlıqda yerləşən Miniatür Kitab Muzeyini ziyarət etdilər. Muzeydə miniatürsənətinin nadir nümunələri ilə tanış oldular. Bakıdakı yağışlı hava şəraitinə baxmayaraq, gənctarixçilər üçün ilk universitet gəzintisi maraqlı və faydalı oldu. On October 16, 2015, a group of freshman history majors from the Khazar University School of Education visited the Icherisheher State-Historical Architectural Reserve Office’s Icherisheher History Museum Numismatics Exhibit with the goal of developing themselves in their chosen fieldof study. They were led by their instructor, Orkhan Zamanov. They toured the exhibit and learned about ancient Azerbaijani money and coinage with the guidance of historian and numismatist Ganira Pirguliyeva. Then they also visited the Miniature Book Museum located nearby, where they were familiarized with rare copies of miniature books. Despite the rainy weather in Baku that day, the students enjoyed their first university field trip.