Ukraina krizi və Cənubi Qafqazda təhlükəsizlik mövzusunda seminar Seminar on the Ukraine Crisis and the Security Situation in the South Caucasus

2015/10/06

2015-ci il oktyabrın 5-də Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə Oslo Sülh Araşdırmaları İnstitutunun (PRIO) tədqiqatçı professoru Dr. Pavel Baev Ukrayna böhranının Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə təsiri haqqında mühazirə oxudu. Mühazirə zamanı doktor Pavel Baev Rusiyanın Ukrayna və Suriyada hərbi iştirakına dair öz fikirlərini bildirdi və bunun regiona göstərə biləcək təsirlərini sadaladı. O, həmçinin mürəkkəbliliyi ilə fərqlənən mövcud vəziyyətin təhlili üçün müntəzəm yanaşmaların uyğunsuzluğunu vurğuladı. Mühazirə zamanı Rusiyanın xarici siyasətində əsas istiqamətlər, Rusiyanın Ukraynada hərbi iştirakına haqq qazandırmaq məqsədilə əhaliyə təqdim olunan təsvirlər, pisləşən iqtisadi vəziyyətin Rusiyada qərarların qəbul edilmə siyasətinə təsiri və dövlətin Şimali Qafqaza diqqətsizliyi nəticəsində regionun sabitliyinə yaranan təhdidlər əhatə olunan mövzular arasında idi.
Mühazirədən sonra Dr. Muxtar Hacızadənin moderatorluğu ilə baş tutan sual-cavab sessiyası zamanı Dr. Baev Ukraynada sülhün bərqərar olmasının perspektivləri, Suriyaya hərbi hücumunun göndərilməsində Rusiyanın məqsədləri, Qafqazdakı münaqişələrdə Rusiyanın iştirakının təsirləri, İŞİD-in əhatəsinin yayılması və Avropa Birliyi tərəfindən alternativ enerji resurslarının inkişafına göstərilən dəstəyə dair sualları cavablandırdı.
Tədbirdən sonra cənab Pavel Baev Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü. Görüş zamanı tərəflər Xəzər Universiteti və PRIO arasında gələcək akademik əməkdaşlıq imkanlarını müzakirə etdilər. On October 5, 2015, the Department of Political Science and International Relations hosted Dr. Pavel Baev, a research professor at the Peace Research Institute Oslo (PRIO), who delivered a lecture on the impact of the Ukraine crisis on the security situation in the South Caucasus. His main focus was on Russia’s military involvement in Ukraine and Syria as well as its implications for the wider area. He emphasized the complexity of the present situation which is defined by a high level of uncertainty, where the usual frames of analysis and rationalization become problematic. He also touched upon the dominant trends in Russia’s foreign policy, representations given to the public with the aim of justifying Russian military involvement in Ukraine, implications of the worsening economic situation on Russia’s decision-making policies as well as threats of destabilization in the Northern Caucasus engendered by authorities’ neglect to the region.
During the Q&A session, which was moderated by Department Chair Dr. Mukhtar Hajizada, Dr. Baev answered questions about the prospects for establishment of peace in Ukraine, Russia’s motivations for the recent deployment of air strikes in Syria, possible impact of Russia’s involvement in the conflicts in the Caucasus region, the expansion of ISIS as well as the prospects for EU’s continued support for the development of alternative energy resources.
Following the seminar, Dr. Baev met with Prof. Hamlet Isakhanli, the Chairman of the Board of Directors and Trustees of Khazar University. They discussed the possibilities of academic collaboration between Khazar University and PRIO in the future.