Xəzər Universiteti ilə FLACSO-Argentina arasında əlaqələr genişlənir Developing Relations Between Khazar University and FLASCO-Argentina

2015/08/11

2015-ci il iyulun 23-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Argentinada işgüzar səfərdə olmuşdur. O, beynəlxalq FLACSO sosial elmlər üzrə doktoranturasının akademik koordinatoru Dr. Maria Clelia Guinazu ilə görüşmüşdür. Görüşdə geniş mənada sosial elmlər üzrə doktoranturanın və elmi tədqiqatların inkişafında Xəzər Universiteti ilə FLACSO-Argentina  arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

On July 23, 2015, Prof. Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, was on a business trip to Argentina. He met with Dr. Maria Clelia Guinazu, Academic Coordinator of International FLASCO Doctoral Studies in Social Sciences. The parties discussed opportunities for cooperation between Khazar University and FLASCO-Argentina in the development of research and doctoral studies in the social sciences.