Meksika səfiri Xəzər Universitetində oldu Ambassador of Mexico Visits Khazar

2015/06/29

2015-ci il iyunun 24-də Meksikanın Azərbaycan Respublikasına Fövqəladə və Səlahiyyətli səfiri Rodrigo Labardini Xəzər Universitetində oldu. Səfir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü. Meksika ali məktəbləri ilə Xəzər Universiteti arasında əlaqələr qurulması, Xəzər Universitetində Meksika dövlətinin tarixi, mədəniyyəti və siyasəti barədə mühazirələr oxunması, “Meksika günü”nün keçirilməsi, Meksikada Azərbaycan və Qafqaz araşdırmalarının inkişafı kimi məsələlər ətrafında müzakirələr aparıldı.
Görüşdə Mühəndlislik və tətbiqi elmlər fakültəsinin dekanı Həsən Niknafs, İnkişaf direktoru Raziyə İsayeva və Neft mühəndisliyi departamentinin müdiri Qəşəm Zeynalov da iştirak etdilər.

On June 24, His Excellency Rodrigo Labardini, Ambassador Extraordinary and Plenipotentiary of Mexico to the Azerbaijan Republic, visited Khazar University and met with Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees. They discussed issues such as partnership of Mexican universities with Khazar University; organizing lectures at Khazar about Mexican history, culture and politics; holding “Mexico Day” at Khazar; and developing Azerbaijani and Caucasus Studies in Mexico. Other participants in the meeting included Hasan Niknafs, Dean of the School of Engineering and Applied Sciences; Raziya Isayeva, Development Director; and Associate Professor Gasham Zeynalov, Head of the Department of Petroleum Engineering.