Xalq rəssamı Altay Hacıyevlə görüş Meeting with People’s Artist Altay Hajiyev

2015/05/25

2015-ci il mayın 21-də Xəzər Universitetinin Mədəniyyət Mərkəzində xalq rəssamı Altay Hacıyevlə universitetin rəssamlıq fənni keçən tələbələrinin görüşü oldu. Görüşdə rəssamın miniatür və qrafika əsərlərindən ibarət sərgisi, həmçinin tələbələrin əl işləri nümayiş etdirilirdi.
Görüşü Mədəniyyət Mərkəzinin direktoru, rəssam Afaq Kərimova açaraq, A.Hacıyevin yaradıcılığı haqqında tələbələrə məlumat verdi.
A.Hacıyev sərgidəki əsərləri timsalında yaradıcılığından danışdı, miniatür janrının qorunub saxlanılması və inkişaf etdirilməsinin zəruriliyini vurğuladı.
Xalq rəssamı Arif Hüseynov A.Hacıyevlə birlikdə miniatür janrının inkişafı üçün göstərdikləri səylərdən söhbət açdı və ilk dəfə olaraq, özü və A.Hacıyev də daxil olmaqla, beş rəssamın miniatür əsərlərindən ibarət sərginin açıldığını xatırlatdı.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, rəssamlıq sənəti haqqında mülahizələrini bildirdi və universitetdə rəssamlıq fənninin də tədrisinə önəm verildiyini söylədi.
Sonra A.Hacıyev və H.İsaxanlı tələbələrə sertifikat təqdim etdilər.
Rəssam anadan olmasının 80 illiyi münasibətilə əsərlərindən ibarət nəfis şəkildə çap olunmuş kitab-albomu H.İsaxanlıya, Mədəmiyyət Mərkəzinə və universitetin Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə etdi.
Sonda tədbir iştirakçılarına universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə kiçik konsert proqramı təqdim olundu.

  On May 21, 2015, People’s Artist Altay Hajiyev met with art students in the Khazar University Cultural Center. During the meeting, the artist displayed his miniature and graphic works. He also showed students examples of other handicrafts.
The meeting was opened by artist Afaq Karimova, director of the Cultural Center, who gave the students background information about the guest’s work.
A.Hajiyev spoke about the pieces that were on display. He emphasized the importance of preserving and developing the miniature genre.
People’s Artist Arif Huseynov also spoke about his joint efforts with Hajiyev to develop the art of miniature. He shared memories of opening an exhibition with five artists together for the first time, including himself and Hajiyev.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, also spoke at the event, sharing his views on the artist’s profession and stating the importance of art classes at the university.

Then A.Hajiyev and H.Isaxanli presented certificates to the students.

The artist presented his book of works, compiled for his 80th birthday, to H.Isaxanli, the university Cultural Center and the Library-Information Center.

Then Zulfiyya Sadigova, Head of the Department of Music and Fine Arts, led a brief concert program.