AMEA ilə Xəzər Universiteti arasında Anlaşma Memorandumu imzalandı ANAS and Khazar University Sign MOU
Mayın 21-də Xəzər Universitetində AMEA prezidenti akademik Akif Əlizadə başda olmaqla AMEA Rəyasət Heyətinin universitet kollektivi ilə görüşü keçirildi və Anlaşma Memorandumu imzalandı. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qonaqları salamlayaraq, görüşün xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı.
Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı universitet haqqında geniş təqdimatla çıxış etdi. Qonaqlara universitetin kampusları, fakültələri və departamentləri, mərkəzləri, institutları və laboratoriyaları, bakalavriat, magistratura, doktorantura və onların əhatə etdiyi ixtisaslar, universitetdə nəşr olunan elmi və digər jurnallar, işçi heyəti, ali məktəblərin reytinqinin müəyyənləşdirlməsi sahəsində nüfuzlu təşkilatların (Webometrics, QS – Quacquarelli Symonds) reytinq cədvəlində Xəzər Universitetinin Azərbaycanın ali məktəbləri arasında həmişə birinci olması və s. haqqında ətraflı məlumat verildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı geniş çıxış edərək, universitetin yaranma tarixi və məqsədləri haqqında danışdı, dünyanın 300-ə qədər ali məktəbi ilə çoxplanlı əlaqələrin qurulduğunu (tələbə mübadiləsi, müəllimlərin dəvət olunması, birgə konfrans və simpoziumlar keçirilməsi və s.), universitetin yarandığı ilk illərdən təhsillə elmin inteqrasiyasının prioritet məsələlərdən biri olduğunu söylədi və AMEA ilə əməkdaşlıq sayəsində bu sahədəki işlərin yeni vüsət alacağına əminliyini bildirdi.
Sonra AMEA ilə Xəzər universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Memorandumu AMEA prezidenti, akademik Akif Əlizadə və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı imzaladılar.
Memorandumda birgə elmi tədqiqatların aparılması, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesinə tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, müasir elmi biliklərə həsr olunmuş birgə konfrans və simpoziumların keçirilməsi, gənc alim və müəllimlərin dünyanın nüfuzlu elmi mərkəzlərində staj keçməsinin təşkil edilməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Memorandum imzalanandan sonra AMEA prezidenti, akademik Akif Əlizadə geniş çıxışında Xəzər Universiteti haqqında əvvəllər malik olmadıqları dolğun məlumat əldə etdiklərini, bu tədbirlə AMEA-nın tarixində yeni bir səhifə açıldığını, Azərbaycanda ilk özəl ali məktəb kimi Xəzər Universitetinin ölkənin və dünyanın ali təhsil mühitində özünəməxsus yer tutduğunu söylədi. Təhsillə elmin vəhdətinin müasir dövrdə hərtərəfli inkişaf üçün zəruri şərt olduğunu vurğulayan akademik AMEA ilə Xəzər Universiteti arasında qurulmaqda olan əlaqələrin mühüm əhəmiyyətindən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı bəhs etdi.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək, AMEA ilə Xəzər Universiteti arasında Anlaşma Memorandumunun imzalanmasını Azərbaycanda analoqu olmayan hadisə adlandırdı və əminliyini bildirdi ki, onun icrası Azərbaycanda elmlə təhsilin inteqrasiyası sahəsində böyük səmərələr verəcək.
Tədbirdən sonra qonaqların şərəfinə ziyafət verildi.
AMEA ilə Xəzər Universiteti arasında Anlaşma Memorandumunun imzalanması ölkə mediasında geniş işıqlandırılmışdır. AzTV, İctimai TV, AZƏRTAC, “Azərbaycan”, “İki sahil” qəzetləri və s. KİV-lər bu barədə xəbər vermişlər.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, made a detailed presentation about the history of the university, the vision behind founding it, and its international partnerships with around 300 universities in various areas (student exchanges, visiting instructor programs, and joint conferences/symposiums). He mentioned that integrating education with science has been one of the priorities of the university from the beginning, and he was confident that this goal would be met on a new scope thanks to the partnership with ANAS.
Then a memorandum of understanding between Khazar University and ANAS was signed by Academic Akif Alizada, President of ANAS, and Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees. The MOU covers activities such as joint research, preparation of textbooks, usage of research results in the educational process, recruitment of well-known scholars to the educational sphere, holding joint conferences and symposiums on themes related to cutting-edge knowledge, organization of internships in reputable academic centers around the world for young scholars and instructors, and other events.
After the MOU was signed, Academic Akif Alizada, President of ANAS, made a presentation in which he said that the event gave him new information about Khazar and that this type of partnership marked the beginning of a new chapter in ANAS history. He stated that Khazar, as the first private university in Azerbaijan, holds a special place among the higher education institutions of the nation and the world. The academic, emphasizing the critical importance of the integration of education and scholarship for development in the modern day, spoke about the importance of this partnership between ANAS and Khazar University as well as the challenges remaining for the future.
Academic Isa Habibbeyli, Vice President of ANAS, also made a speech, stating that the signing of this agreement between ANAS and Khazar was a first in Azerbaijani history. He noted his hoped that this agreement would be very fruitful for the integration of education and science in Azerbaijan.
After the event, dinner was served in honor of the guests.
The event was also broadly covered by the media, including AzTV, Ictimai (Public) TV, AzerTAC, Azerbaijan Newspaper, Iki Sahil (Two Shores) Newspaper, and other media agencies.





