Elmi-İnzibati Şuranın növbəti iclası keçirildi Meeting of the Scientific/Administrative Council

2015/05/04

2015-ci il aprelin 29-da Xəzər Universiteti Elmi-İnzibati Şurasının növbəti iclası keçirildi. Universitetin Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyevin sədrliyi ilə keçən iclasda yaz imtahan sessiyasının təşkili və keçirilməsi; məzunluq; doktorantların qəbulu və dissertasiya mövzularının təsdiqi; universitetin Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovaya dosent adı verilməsi haqqında məsələlər müzakirə olundu.
Yaz imtahan sessiyasının təşkili və keçirilməsi haqqında M.Nuriyevin, məzunluq haqqında fakültə dekanları Hassan Niknafs, İnqilab Əhmədov, Cabir Xəlilov və dekan müavini Zərifə Əliyevanın, doktorantların qəbulu və dissertasiya mövzularının təsdiqi haqqında universitetin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyevin, universitetin Müsiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovaya dosent adı verilməsi haqqında Cabir Xəlilovun məlumatları dinlənildi və müvafiq qərarlar qəbul edildi.
İclasda Xəzər universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış etdi.
İclasda cari məsələlər də müzakirə olundu.
On April 29, 2015, the Scientific/Administrative Council of Khazar University held a routine meeting. Issues such as the organization and implementation of the spring examination period, graduation, admissions into doctorate programs and approval of dissertation topics, and the awarding of the title of Associate Professor to Zulfiyya Sadigova, Head of the Department of Music and Fine Arts were discussed at the meeting, which was held under the chairmanship of Vice President of Khazar University for Academic Affairs, Professor Mahammad Nuriyev.
M.Nuriyev spoke about the organization and implementation of the spring examination period. Deans of Schools including Hasan Niknafs, Ingilab Ahmadov, Jabir Khalilov and Vice Dean Zarifa Aliyeva spoke about graduation. Dr. Eldar Shahgaldiyev, Head of the Division for Graduate Students and Research, spoke about admissions into doctorate programs and approval of dissertation topics. Dean Jabir Khalilov spoke about awarding the title of Associate Professor to Zulfiyya Sadigova, Head of the Department of Music and Fine Arts. Decisions were made on the above topics.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, also spoke at the meeting. Other current issues were also discussed.