Məktəblilər universitetin qonağı oldular High School Students Visit Khazar
2015-ci il aprelin 30-da Azərbaycan dili və ədəbiyyatı departamentinin təşəbbüsü ilə Nizami rayonu 328 nömrəli məktəblə Xəzər Universitetinin əməkdaşlığı çərçivəsində həmin məktəbin yuxarı sinif şagirdlərinin universitetlə tanış olması məqsədilə tədbir keçirildi. Məktəblilər kitabxana, Mədəniyyət Mərkəzi, dərs otaqları və laboratoriyalarla tanış olduqdan sonra universitetin təqdimatı ilə bağlı videoçarxı izlədilər. Xəzər Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlının, İctimai əlaqələr və media mərkəzinin direktoru Əlövsət Əmirbəylinin, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Həsən Niknafsın, Təhsil fakültəsinin dekan müavini Zərifə Əliyevanın, Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyubun iştirak etdiyi tədbirdə şagirdlərə universitet haqqında ətraflı məlumat çatdırıldı, onların hər birinə hədiyyələr təqdim edildi. Tədbirin sonunda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnaz Eyvazlı təşkilatçılara və universitet rəhbərliyinə göstərdikləri diqqət və qonaqpərvərliyə görə təşəkkür etdi. On April 30, 2015, high school students from school number 328 of the Nizami district visited Khazar University in order to get acquainted with the university. The visit was coordinated by the Department of Azerbaijani Language and Literature on the basis of partnership with the school. During their visit, the students toured the university’s library, Cultural Center, classrooms and laboratories. Then they watched a short video about Khazar. Students were given university souvenirs and listened to presentations by Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Isaxan Isaxanli, Vice President for Admissions and Student Affairs; Alovsat Amirbeyli, Director for Public Relations and Media; Hasan Niknafs, Dean of the School of Engineering and Applied Sciences; Zarifa Aliyeva, Assistant to the Dean of the School of Education; and Vurghun Eyyub, Head of the Department of Azerbaijani Language and Literature. At the end of the event, Elnaz Eyvazli, instructor of Azerbaijani Language and Literature at the school, thanked the university administration for their hospitality.