Azərbaycan dilində tərcümə olunmuş İran kinosu “Xəzər”də Translated Iranian Film Shown at Khazar

2015/05/01

2015-ci il aprelin 24-də Xəzər Universitetinin Mərmər salonunda farscadan Azərbaycan dilinə tərcümə olunmuş Rejissor Məcid Məcidinin “Cənnətin rəngi” filmi nümayiş olundu. Tədbirdə İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayin, İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi və Xəzər Universitetinin müəllim və tələbələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı tədbir iştrakçılarını salamladı və İrana səfəri ilə bağlı xatirələrini danışdı. Sonra o, İran kinosu haqqında məlumat verdi.

İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayin Hamlet İsaxanlıya belə bir görüş üçün şərait yaratdığına görə, öz təşəkkürünü bildirdi. Səfir çıxışında İran kino tarixindən danışdı. İran Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi İran və Azərbaycan rejissor və aktyorlarının birgə kino layihələrindən danışdı.

Fəxri qonaq kimi tədbirə təşrif buyuran filmi Azərbaycan dilinə tərcümə etmiş Cavanşir Quliyev filmin tərcüməsi zamanı o filimi daxilən yaşadığını və tərcümə sənəti haqqında öz fikirlərini bölüşdü.

Tədbirin sonunda Xəzər Universiteti İranşunaslıq mərkəzinin koordinatoru və tədbirin təşkilatçısı Nahid Şəfiyev çıxış edərək, tədbirin ərsəyə gəlməyində xidmətləri olan Vurğun Əyyuba, Günel İsmayılovaya, Zivər Hüseynovaya və bütün “Xəzər” kollektivinə öz təşəkkürünü bildirdi. On April 24, 2015, Iranian director Majid Majidi’s film “The Color of Paradise,” translated into the Azerbaijani language, was shown at Khazar University’s Marble Hall to an audience of Khazar faculty and students. His Excellency Mohsun Pakayin, the Ambassador Extraordinary and Plenipotentiary of the Islamic Republic of Iran; and Ibrahim Ibrahimi, Director of the Cultural Center of the Islamic Republic of Iran in Azerbaijan, also participated in the event.
Prof. Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, opened the event by greeting the participants and speaking about his impressions from a trip to Iran. Then he gave information about the Iranian film.
His Excellency Mohsun Pakayin, the Ambassador Extraordinary and Plenipotentiary of the Islamic Republic of Iran, also made a speech, thanking Hamlet Isaxanli for the opportunity to hold the event. He also spoke about the history of Iranian film. Ibrahim Ibrahimi, Director of the Cultural Center of the Islamic Republic of Iran in Azerbaijan, spoke about various film projects involving both Iranian and Azerbaijani directors and actors.
Javanshir Guliyev, who had translated the film into Azerbaijani, was also an honored guest of the event. He spoke about how the film had captivated him while he was translating it and shared thoughts about the translation profession.
At the end of the event, Nahid Shafiyev, the coordinator of the Iranian Studies Center at Khazar University and the event organizer, made a speech in which he thanked all the participants as well as those who had helped coordinate the event, particularly Vurghun Eyyub, Gunel Ismayilova, and Ziver Huseynova.