“Elm və Sənət Məclisi”nin 64-cü məşğələsi keçirildi 64th Assembly of Science and Art

2015/04/08

2015-ci il aprelin 7-də Xəzər Universitetinin ənənəvi “Elm və Sənət Məclisi”nin 64-cü məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq, məşğələdə iştirak edənləri, “Elm və Sənət Məclisi”nin bu dəfəki məşğələsində iştirak edən Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru, professor Durmuş Devecini səmimi salamladı. O, Mirzə Şəfi Vazehin həyat və yaradıcılığının araşdırılmasının vacibliyini vurğulayaraq, bu sahədə geniş bir araşdırma apardığını bildirdi və “Mirzə Şəfi Vazeh və Friedrich Bodenstedt: böyük dostluq və böyük ayrılıq” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzədən sonra müzakirələr başladı. Müzakirələrdə Səlim Babullaoğlu (şair), Vurğun Əyyub, Mail Yaqub, Fərda Əsədov (Xəzər Universiteti), Nazim Vəlişov (BDU), Sarvan Kərimov (AMEA Əlyazmalar İnstitutu) və digərləri çıxış etdilər. Məşğələdə çoxlu sayda universitet tələbələri, aspirantlar, doktorantlar və müəllimlər iştirak edirdilər.
On April 7, 2015, the 64th meeting of Khazar University’s Assembly of Science and Art was held. Professor Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, made an opening speech and introduced Professor Durmus Deveci, Rector of Kahramanmaras Sutcu Imam University, who was visiting Baku and participating in the meeting. He gave a lecture on the topic “Mirza Shafi Vazeh and Friedrich Bodenstedt: Great Friendship and Great Separation,” emphasizing the importance of researching the life and activities of Mirza Shafi Vazeh and sharing from his own extensive research in this area.
After the lecture, a discussion was held. Active participants included Salim Babullaoghlu (poet), Vurghun Eyyub, Mail Yagub, and Farda Asadov from Khazar; Nazim Valishov (BSU); Sarvan Karimov (ANAS Manuscripts Institute); and others. Many university students and instructors also participated in the meeting.