Xəzər Universitəsi kollektivinin Erciyes Universitəsi Sabancı Kültür Mərkəzində konserti Khazar University Concert in Sabanci Cultural Center of Erciyes University

2015/04/08

2015-ci ilmartın 16-sında axşam saat 19:00-da Xəzər Universitəsinin nümayəndə heyəti və musiqi kollektivinin iştirakı iləSabancı Kültür Mərkəzində konsert proqramı keçirildi. Erciyes Universitəsi Sabancı Kültür Mərkəzi Azərbaycan və Türkiyənin dövlət bayraqları, Xəzər Universitəsinin bayraqları və pankartları ilə bəzədilmişdi.Salon tamaşaçılarla tam dolu idi.Erciyes Universitəsində çalışan və təhsil alan azərbaycanlı müəllimlər və tələbələr Azərbaycan bayraqları ilə 2 saat öncə toplaşmışdılar.Salonu bəzəyərkən orada təhsil alan azərbaycanlı tələbələr“xəzərlilərə” yaxından köməklik göstərirdilər.
Kayseri Sabancı Kültür Mərkəzində planlaşdırılan konsert Çanakkale Zəfərinin 100 illiyinə və Novruz Bayramına həsr olunmuşdu.Konsert Türkiyənin və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlandı.Solistlərimiz Məhsəti Cabbar, Elçin Feyzulla və Günel Səbzəlinin canlı ifalarını salondakılar ayaqüstə alqışladılar.İki saatdan artıq sürən “Qardaşlıqkonserti” Kayserinin “Kampus” televiziyası tərəfindən canlı olaraq yayımlandı.Bununla yanaşı, TRT-Türk, Samanyolu, K-1 və digər televiziyalar, Türkiyənin Anadolu Agentliyi həmçinin, ölkə və yerli mətbuat nümayəndələri tərəfindən izlənildi.Konsertin sonunda Erciyes Univeritəsinin rektor əvəzi professor Hasan Yetim və Xəzər Universitəsinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı səhnəyə dəvət olundular.Onların hər ikisi salona toplaşanlara dərin təşəkkürlərini bildirdilər. Professor H.İsaxanlı Xəzər Universitəsi adından Erciyes Universitəsinin rektoru, professor Fahrettin Keleştimur adına hazırlanmış təşəkkür plaketini və qiymətli hədiyyəni Hasan Yetimə təqdim etdi. Professor H.Yetim də Erciyes Universitəsi adından hazırlanmış təşəkkür plaketlərini Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya və İctimai Əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəyliyə təqdim etdi.O, Xəzər Universitəsinin bütün kollektivinə Erciyes Universitəsi adından hədiyyələr və gül dəstələri təqdim etdi.Konsertdən sonra qonaqların şərəfinə ziyafət verildi.Ziyafət zamanı xatirə şəkilləri çəkildi.
On March 16, the Khazar University musical ensembles and dance groups performed a concert in the Sabanci Cultural Center of Erciyes University. The Sabanci Cultural Center was decorated with Azerbaijani and Turkish flags as well as Khazar University banners. The audience completely filled the auditorium. Azerbaijani students and instructors who work and study in Erciyes University had gathered in the auditorium two hours early with their flags. As they decorated the auditorium, the Azerbaijani students of Erciyes helped the Khazar group.
The concert that was held in the Kayseri Sabanci Cultural Center was dedicated to the Novruz holiday and to the 100-year anniversary of the Chanakkale victory. The concert began with Turkey and Azerbaijan’s national anthems. Then performances by vocalists Mehseti Jabbar, Elchin Feyzulla and Gunel Sebzeli were given standing ovations. The “Brotherhood Concert” lasted over two hours and was broadcast live on Kayseri campus TV. It was also covered by TRT-Turk, Samanyolu, K-1 and other TV stations, Turkey’s Anadolu Agency, and other local and national press agencies. At the end of the concert, Professor Hasan Yetim, Acting President of Erciyes University, and Professor Hamlet Isaxanli, Chairman of the Board of Directors and Trustees of Khazar University, were invited to the stage. Each of them thanked the audience for their participation. Professor H.Isaxanli gave a plaque and valuable gift on behalf of Khazar University in the name of the President of Erciyes University, Fahrettin Keleshtimur. Professor H.Yetim also presented gifts on behalf of Erciyes University to H.Isaxanli and A.Amirbeyli. He gave Erciyes University gifts and bouquets of flowers to the entire Khazar University delegation. After the concert, dinner was served for the guests, and photos were taken.