Kahramanmaraşda Mehmet Akif Ersoy Kültür Mərkəzində Xəzər Universitəsi kollektivinin Qala Konserti Khazar University’s Gala Concert in Mehmet Akif Ersoy Cultural Center of Kahramanmaras

2015/04/08

2015-ci il martın 14-də axşamBöyükşəhər Bələdiyyəsinin iki min yüz nəfərlik Mehmet Akif Ersoy Kültür Mərkəzində “Azərbaycan-Türkiyə.İki Canda Bir Ürək” adlı proqramın Kahramanmaraşda son Qala Konserti keçirildi. M.A.Ersoy Kültür Mərkəzi Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilmişdi. Salonun hər yerində Xəzər Universitəsinin bayraqları və divarlarda isə çoxlu pankartları asılmışdı. Kültür Mərkəzinin rəhbərliyi təşkilatçı olaraq,Əlövsət Əmirbəyliyə yaxınlaşıb görülmüş işlərə görə, XəzərUniversitəsinə dərin təşəkkürünü bildirdi.
Kahramanmaraş valisi M.H.Güvençer, İl Jandarma Komandanı, general Coşkun Doğan və xanımı,Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, Sütçü İmam Universitəsinin rektoru, professor Durmuş Deveci, universitəsinin prorektorları, dekanları, çoxsaylı tələbələr, şəhər ictimaiyyətinin nümayəndələri, televiziyalar, kütləvi informasiya vasitələrinin nümayəndələri və digərləri onlar üçün ayrılmış yerlərdə əyləşmişdilər. Türkiyənin İstiklal Marşını və Azərbaycan Respublikasının Dövlət HimniniXəzər Universitəsinin tələbələri canlı ifa etdilər.Salondakılar hər iki dövlətin himnini ayaqüstə alqışladılar.Açılış nitqini söyləmək üçün Sütçü İmam Universitəsinin rektoru Durmuş Deveci professor Hamlet İsaxanlı ilə birlikdə səhnəyə qalxıb açılış nitqini söylədikdən sonra Qala-konsert başladı. “Azərbaycan-Türkiyə.İki Canda Bir Ürək” adlıkonsertin sonunda xalq artisti Samir Cəfər, Məhsəti Cabbar və Elçin Feyzulla tərəfindən ifa edilən “Çırpınırdı Qara dəniz” mahnısı salondakıları riqqətə gətirdi.Türkiyə və Azərbaycan bayraqları dalğalanaraq salonu bürüdü. “Bir daha! Bir daha! Bir daha!” sədalarından sonra “ÇırpınırdıQara dəniz” mahnısı tamaşaçıların təkidi ilə yenidən səsləndirildi. Kahramanmaraşda təhsil alan azərbaycanlı və türkiyəli tələbələr səhnənin önünə çıxaraq, bütün salon boyu rəqsetməyə başladılar.Nəhayət, qala konsert sona çatdı. Sütçü İmam Universitəsinin rektoru Durmuş Deveci və Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı səhnəyə dəvət edildilər.Hər iki rektor çox məmnun görünürdü.Professor Durmuş Deveci Xəzər Universitəsi kollektivinə möhtəşəm gecə üçün dönə-dönə təşəkkürünü bildirdi və onlara hədiyyələrini təqdim etdi. Professor D.Deveci 2015-ci ili Sütçü İmam Universitəsində “Azərbaycan universitələri ili” elan etdi və Xəzər Universitəsinin kollektivini oktyabrın sonunda Kahramanmaraşa dəvət etdi.Profesoor D.Deveci şəxsən professor H.İsaxanlıya, Ə.Əmirbəyliyə, Z.Yakarişıka, xalq artisti Samir Cəfərə, rəqs müəllimləri S.İsmayıla və T.Əliyə plaketlərini və hədiyyələrini təqdim etdi.Konsertdən sonra D.Deveci Xəzər Universitəsi kollektivinin şərəfinə “Camlı Köşk”dərəsmi ziyafət verdi.Ziyafətdən sonra Türkiyənin məşhur MADO şirkətlər qrupununn rəhbərliyi tərəfindən Xəzər Universitəsi və Sütçü İmam Universitəsinin çoxsaylı kollektivinə dondurma qonaqlığı verildi.MADO-nun qurucusu, İdarə Heyəti başqanı Mehmet Sait və Yaşar Kambur tələbələrlə görüşdülər, xatirə şəkilləri çəkildi.
On March 14th in the evening, a Gala Concert entitled “Azerbaijan and Turkey. One Heart in Two Bodies” was held in the 200,000-person concert hall of the Mehmet Akif Ersoy Cultural Center.The M.A.Ersoy Cultural Center was decorated with flags of Azerbaijan and Turkey. There were also Khazar University flags and banners hung all over the walls of the concert hall. The event coordinator, the Cultural Center director, approached Alovsat Amirbeyli to thank him for the concert preparations and to express his appreciation to Khazar University.
The audience for the Gala Concert included M.H.Guvencer, Valise of Kahramanmaras; General Coskun Dogan, the Commander of Kahramanmaras Provincial Gendarmerie, with his wife; Professor Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; the President of Sutcu Imam University, Professor Durmus Deveci; vice presidents, deans, and students of the university; members of the city public; representatives of TV stations and other mass media agencies; and other guests.
The concert began with a live performance of the Independence March of Turkey and the National Anthem of the Azerbaijan Republic by Khazar University students. Both anthems were given a standing ovation by the audience. Prof. Durmus Deveci took the stage together with Prof. Hamlet Isaxanli to make opening speeches. Then the Gala Concert began. At the end of the concert, which was entitled “Azerbaijan and Turkey. One Heart in Two Bodies,” a performance of “Çırpınırdı Qara dəniz” (The Black Sea was Stirring) by Samir Jafar, Mehseti Cabbarli and Elchin Feyzulla was especially riveting. The hall was filled with Turkish and Azerbaijani flags waving in the air and shouts of “encore!” Finally the performers agreed to sing the song again. Azerbaijani and Turksih youth studying in Kahramanmaras filled the aisles in front of the stage and began to dance. Finally, the Gala Concert ended. Prof. Durmus Deveci and Prof. Hamlet Isaxanli were again invited to the stage. Each president was very pleased with the concert. Professor Durmus Deveci thanked the Khazar University collective over and over for the brilliant concert. He gave them gifts. Professor Deveci announced that 2015 would be “the Year of Azerbaijani Universities” at Sutcu Imam University, and he invited the Khazar University group to visit Kahramanmaras again at the end of October.
Professor D.Deveci also personally gave thank-you gifts and plaques to H.Isaxanli, A.Amirbeyli, Z.Yakarishik, People’s Artist Samir Jafar, and dance instructors S.Ismayil and T.Ali. After the concert, D.Deveci organized a formal banquet at “Camli Kosk” in honor of the guests. After the banquet, the guests were served ice cream from Turkey’s famous MADO brand. The students met with Mehmet Sait, the founder of MADO, and its Executive Board director, Yashar Kambur. Photographs were taken.