“Xəzər”də Novruz şənliyi Novruz Holiday Celebration at Khazar

2015/03/30

2015-ci il martın 19-da Xəzər Universitetinin Neftçilər kampusunda universitetin Tələbə Məclisinin təşkilatçılığı və tələbələrin fəal iştirakı ilə Novruz şənliyi keçirildi. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, dekanlar və departament müdirləri, əməkdaşlar iştirak edirdilər.
Tələbə Məclisinin prezidenti Mirzəağa Səmədov iştirakçıları Novruz Bayramı münasibətilə təbrik etdi. Bayram tonqalı yandırıldıqdan sonra tələbə və əməkdaşlar rəqs edib əyləndilər. Bayram şənliyi xoş əhval-ruhiyyə ilə başa çatdı.
On March 19, as organized by the Student Union of the university with the active participation of students, the Novruz holiday was celebrated at Khazar Unversity. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of the Board of Directors and Trustees; Isakhan Isakhanli, Vice President for Student Affairs and Administration; deans and department heads; and staff participated in the event.

Mirzeaga Samadov, President of Student Union, made a speech to congratulate participants on the occasion of Novruz. After a holiday fire was lit, students and staff enjoyed music and dancing. The celebration ended in a pleasant atmosphere.