Xəzər Universitetində Çin Yaz Bayramı Chinese Spring Festival at Khazar University
Martın 4-də Xəzər Universitetinin Kitabxana – İnformasiya Mərkəzi (KİM) “Çin Yaz Bayramı” adlı tədbir keçirdi. Tədbiri açan KİM direktoru Gülşən Mehdiyeva qonaqları salamladı və KİM-in əməkdaşı Səidə Orucova ilə Çin Yaz Bayramı haqqında iki dilli təqdimatla çıxış etdilər.
Tədbirdə iştirak edən Konfusi İnstitutunun direktoru Xu Fenxua öz çıxışında tədbir iştirakçılarını salamladı və təşəkkür nitqi söylədi. Mərasimin davamı olaraq Çin müəllimlərinin və Xəzər Universitetinin tələbələrinin iştirakı ilə Talant Şousu nümayiş olundu və fəal iştirakçılara təşəkkürnamələr təqdim edildi.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirak etmişdir. On March 4th, the Khazar University Library-Information Center (LIC) held a Chinese Spring Festival celebration. Gulshan Mehdiyeva, LIC Director, opened the event by greeting the participants. Then she and Saida Orujova, LIC staff member, gave a bilingual presentation about the Chinese Spring Festival.
Hu Fenghua, Director of the Confucius Institute, also made a speech to greet and thank participants. Then Khazar University students and Chinese instructors performed in a talent show. Certificates were given to active participants.
Prof. Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, also participated in the event.