Tələbə Məclisi Parlamentinin ilk iclası First Meeting of Student Union Parliament
Yanvarın 26-da Xəzər Universitəsinin Mərmər salonunda Tələbə Məclisi Parlamentinin (TMP) ilk iclası keçirildi. İclasda TMP üzvləri, Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, Beynəlxalq əlaqələr üzrə prorektor Fərda Əsədov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, fakültə dekanları və departament müdirləri iştirak edirdilər. İclas Humanitar və sosial elmlər fakültəsinin 2-ci kurs tələbəsi Anar Rüstəmovun xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
İclasda Tələbə Məclisinin prezidenti Mirzəağa Səmədov, vitse-prezidenti Əzizə Cəfərli, parlament üzrə muavin Ruslan İsmayılov, Tələbə Məclisinin web saytı üzrə muavin Nuranə Quluzadə, təlimlər və tələbə işləri üzrə muavin Cəlal Hüseynbəyli, ATGTİ işləri üzrə muavin Nilufər Əlizadə, təşkilati işlər üzrə muavin Ceyhun Cabayev çıxış etdilər.
İclasda Tələbə Məclisinin təlimlərlə bağlı planları açıqlandı, final imtahanlarının nəticələri, sims.khazar.org saytının müsbət və mənfi cəhətləri, imtahan zamanı nəzarətçilərin işi, imtahan materiallarının elan olunması və tələbələri maraqlandıran digər məsələlər müzakirə edildi.
Sonda H. İsaxanlı tələbələrin suallarını cavablandırdı. On January 26th, the first meeting of the Student Union Parliament (SUP) was held in the Khazar University Marble Hall. Participants in the meeting included members of the SUP; Professor Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Isakhan Isakhanli, Vice President for Administration and Student Affairs; Farda Asadov, Vice President for International Affairs; Alovsat Amirbeyli, Director of Public Relations and Media; and other deans of schools and heads of departments. The meeting began with a moment of silence in memory of Anar Rustamov, 2nd year student of the School of Humanities and Social Sciences.
Presentations were made at the meeting by Mirzeagha Samadov, president of the Student Union; Aziza Jafarli, Vice President; Ruslan Ismayilov, deputy Student Union in charge of the Parliament; Nurana Guluzada, Student Union deputy in charge of the SU website; and Jeyhun Cabayev, deputy in charge of organizational work.
Discussions were held during the meeting about the Student Union’s plans for training events, final exam results, pros and cons of the sims.khazar.org website, the work of exam proctors, issues with obtaining exam materials, and other issues that the students raised.
At the end of the event, H. Isaxanli answered students’ questions.