Azərbaycan dili və ədəbiyyat departamentində iclas Meeting in Department of Azerbaijani Language and Literature
Yanvarın 15-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının iştirakı ilə Azərbaycan dili və ədəbiyyat departamentinin növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan dili və ədəbiyyat fənnləri üzrə keçirilmiş imtahanların nəticələri və qarşıda duran vəzifələr, yaz semestri üçün sillabusların hazırlanması məsələləri müzakirə edilərək, müvafiq qərarlar qəbul olunmuşdur. Sonra departamentin doktorantı Qardaşxan Əzizxanlının “Azərbaycan poeziyasında vətəndaşlıq lirikası (M.Araz, S.Tahir və M.İsmayıl yaradıcılığı əsasında)” adlı filologiya üzrə fəlsəfə doktoru dissertasiya işinin adı, plan-prospekti müzakirə edilmişdir. Müzakirə zamanı deyilən qeydlər nəzərə alınmaqla dissertasiya işinin adı və plan-prospekti təsdiq olunmuşdur.
İclasın davamı olaraq Təhsil fakültəsinin dekanı. Fəlsəfə doktoru Elza Səmədli və Keyfiyyətin təminatı mərkəzinin müdiri Lyudmila Sotovanın iştirakı ilə təhsilin keyfiyyətini daha da yüksəltmək məqsədilə nəzərdə tutulmuş silsilə seminar-müzakirələrin “Fənnin planlaşdırılması və gözlənilən təlim nəticələri” mövzusunda ilk məşğələsi keçirilmişdir. On January 15th, a routine meeting of the Department of Azerbaijani Language and Literature was held with the participation of Prof. Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees. The meeting covered examination results and remaining tasks for the Azerbaijani Language and Literature classes; a discussion of syllabus preparation for the spring semester; and related decisions. Then the participants discussed the dissertation plan of Gardashkhan Azizkhanli, PhD student in Philology, who is writing on “Lyrics of Citizenship in Azerbaijani Poetry (M.Araz, S.Tahir and M.Ismayil).” The name of the dissertation and the work plan were approved at the meeting.
Then Dr. Elza Samadli, Dean of the School of Education, and Lyudmila Sotova, head of the Quality Assurance Center, held a meeting on “Course Planning and Expected Learning Objectives,” which was the first meeting of a series of workshops offered with the goal of increasing the quality of education.