“TransTech Capital” şirkətinin nümayəndələri “Xəzər”də TransTech Capital Representatives at Khazar

2014/12/18

Dekabrın 16-da “TransTech Capital” (TTC) şirkətinin (Böyük Britaniya) İdarə Heyətinin nümayəndələri Simon Robeson, David Livsli, Riçard Henderson, Mahmut Sinoplu, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov Xəzər Universitetində oldular. İngiltərə və Türkiyə universitetlərinin tədqiqatlarının maliyyələşdirilməsi və tədqiqat nəticələri olaraq kəşf etdiklərinin sənayeləşdirilməsi ilə məşğul olan TTC şirkəti hazırda Azərbaycan universitetləri ilə əməkdaşlıq yaratmaq məqsədi ilə görüşlər keçirir.
Qonaqlar Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı professor Hassan Niknafs, İnşaat mühəndisliyi laboratoriyasının müdiri Taher Çegini, Neft mühəndisliyi departamentinin müdiri dosent Qəşəm Zeynalov, İnformasiya sistemlərinin proqram təminatçısı və meneceri Rəşad Xalıqov, İnsan resursları şöbəsinin müdiri Ülkər İsayeva, Biologiya departamentinin müdiri İradə Xəlilova, Kimya departamentinin müəllimi Jestin Mandumpal ilə görüşdülər. Görüşdə H.İsaxanlı Xəzər Universitetinin fəaliyyəti və perspektivləri haqqında çıxış etdi. Sonra isə Xəzər Universitetinin bir sıra elmi tətqiqatçıları (İ.Xəlilova, Ü.İsayeva, H.Niknafs, J.Mandumpal, R.Xaliqov) öz elmi tətqiqatları, əldə edilən nəticələr haqqında məlumat verdilər. TTC ilə Xəzər Universiteti arasında səmərəli əməkdaşlıq məsələləri müzakirə olundu.
On December 16th, the following representatives of TransTech Capital (TTC) of the UK visited Khazar University: Simon Robeson, General Partner; David Livesley, General Partner; Richard Henderson, Managing Partner; and Mahmut Sinoplu, Venture Partner. Azer Bayramov, Deputy Executive Director of the State Fund for Development of Information Technologies under the Ministry of Communications and High Technologies of the Republic of Azerbaijan, also attended the meeting. TTC deals with financial support of university research and commercialization of research outcomes in the UK and Turkey, and is currently interested in developing similar opportunities in universities of Azerbaijan.
The guests met with Prof. Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Dr. Hasan Niknafs, Dean of the School of Engineering and Applied Sciences; Taher Chegini, Director of the Civil Engineering Laboratory; Associate Professor Gasham Zeynalov, Chair of the Petroleum Engineering Department; Rashad Khaligov, Information Systems Developer and Manager; Ulker Isayeva, Human Resources Director; Irada Khalilova, Chair of the Biology Department; and Jestin Mandumpal, instructor of the Chemistry Department. At the meeting, H.Isaxanli made a speech about Khazar University’s activities and future prospects. Then Khazar researchers I.Khalilova, U.Isayeva, H.Niknafs, J.Mandumpal, and R.Khaligov made presentations about their own research projects and outcomes. The meeting closed with a discussion about possible partnership opportunities between TTC and Khazar University.