Erasmus + proqramının təqdimatı Erasmus + Introduction Meeting

2014/10/20

Oktyabrın 17-də Xəzər Universitetinin Mərmər salonunda universitet işçilərini və müəllim heyətini Erasmus + proqramı barədə məlumatlandırmaq məqsədilə görüş keçirildi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbiri açaraq, Erasmus proqramları və keçmişdə universitetin bu proqramlardan necə faydalanması haqqında məlumat verdi. Sonra söz İnkişaf mərkəzinin direktoru Raziyə İsayevaya verildi. O, Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova ilə birlikdə hazırladığı təqdimatla çıxış edərək, Erasmus + 2015 ümumi çağırış təklifləri haqqında ətraflı məlumat verdi. Sonra layihə təkliflərinin yazılışı barədə müzakirə keçirildi və iştirakçıların sualları cavablandırıldı. On October 17, a meeting was held in the Marble Hall of Khazar University to give university staff and faculty members information about the Erasmus + Program. Prof. Hamlet Isaxanli, the university founder and chairman of the Board of Directors and Trustees, opened the meeting with a speech explaining the Erasmus programs and how they have benefitted the university in the past. Then the floor was given to Mrs. Raziya Isayeva, Development Director, who made a presentation which she had prepared along with Quality Assurance Director Lyudmila Sotova giving detailed information about the Erasmus + 2015 General Call for Proposals. Then a discussion was held about how to proceed in writing project proposals, and participants’ questions were answered.