Xəzər Universitetində “Kuba günü” Cuba Day at Khazar University

2014/10/15

Oktyabrın 13-də Xəzər Universitetinin “Mərmər“ zalında universitetin nəzdində yaradılmış Latin Amerikası Clubu (Club de America Latina) tərəfindən “Kuba günü” keçirildi. Tədbirdə Xəzər Universitetinin rəhbərliyi, əməkdaşları və tələbələri, Cuba, Argentina, Meksika və İspaniyanın Azərbaycandakı səfirləri və səfirliklərin əməkdaşları, Braziliya səfirinin müşaviri, Xarici İşlər Nazirliyinin, Yeni Azərbaycan Partiyası və partiyanın Gənclər Birliyinin, Sabunçu Rayonu İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdilər.
Qonaqlar dörd dildə (Azərbaycan, ingilis, rus, ispan) salamla qarşılandıqdan sonra Azərbaycan və Kuba respublikalarının dövlət himnləri səsləndirildi.
Universitetin tələbələri tərəfindən qonaqlara Kuba Respublikasının tarixindən, Kuba xalqının görkəmli şəxsiyyətlərindən, mədəniyyətindən, memarlıq və tarixi abidələrindən, musiqisindən təhsil sistemi və ikitərəfli diplomatik münasibətlərin tarixindən bəhs edən videoçarx nümayiş etdirildi.
Tədbirdə Latın Amerikası Klubunun prezidenti Mirzəağa Səmədov, Kuba səfiri Omar Senon Medina Quentero, Miniatür kitablar muzeyinin qurucusu Zərifə Salahova və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və digərləri çıxış etdilər.
Tədbir Asəf Zeynallı adına musiqi kolleci tələbələrinin konserti ilə müşayiət olyndu. On October 13, Cuba Day was held by the university’s Club de America Latina in the university’s Marble Hall. Administrators, staff and students of Khazar University; Ambassadors and embassy staff members of Cuba, Argentina, Mexico and Spain to Azerbaijan; Advisor to the Ambassador of Brazil; and representatives of the Ministry of Foreign Affairs, the New Azerbaijan Party, the party’s Youth Union, and Sabunchu District Executive Power participated in the event.
After the guests were greeted in four languages (Azerbaijan, English, Russian, and Spanish), the national anthems of Azerbaijan and the Republic of Cuba were played.
During the event, university students made presentations about aspects of the Republic of Cuba including its history, prominent figures, culture, architecture and historical monuments, music, education system and the history of bilateral diplomatic relations of Cuba and Azerbaijan. They also showed a video clip about Cuba.
Mirzaaga Samadov, President of the Club de America Latina; Omar Senon Medina Quintero, Ambassador of Cuba; Zarifa Salahova, founder of the Museum of Miniature Books; Professor Hamlet Isaxanli, Khazar University’s founder and chairman of the Board of Directors and Trustees; and others made speeches at the event.