Xəzər Universitetində 37-ci məzunluq mərasimi keçirildi 37th Graduation Ceremony at Khazar University
Oktyabrın 12-də Xəzər Universitetinin “Dünya” konsert salonunda 37-cı məzunluq mərasimi keçirildi. Mərasimdə məzunlar və onların valideynləri, tələbələr, universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər.
Mərasim Azərbaycanın Dövlət Himninin ifası ilə başladı. Uuniversitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı məzunları təbrik edərək, yeni həyat yollarında onlara uğurlar arzuladı. O, universitetdə yaradılmış təhsil mühitindən və onun özünəməxsus xüsusiyyətlərindən, bu təhsil sistemi vasitəsilə yalnız ixtisasına yiyələnmiş mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən, universitetin professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi geniş miqyaslı tədbirlərdən ətraflı bəhs etdi.
Sonra məzunlara diplomlar təqdim olundu. Diplomları H. İsaxanlı, prorektor Məhəmməd Nuriyev, fakültə dekanları, departament müdirləri və müəllimlər təqdim etdilər.
Tələbələr çıxış edərək, universitet rəhbərliyinə və müəllim kollektivinə minnətdarlıq bildirdilər, Xəzər Universitetinin andını söylədilər və xatirə şəkilləri çəkdirdilər.
Mərasim universitetin Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı ilə müşayiət olundu. On October 12, the 37th graduation ceremony was held at Khazar University’s World Concert Hall. Graduates and their parents, students, administration and faculty of the university participated in the ceremony.
The ceremony began with the national anthem of the Azerbaijan Republic, and then H. Isaxanli congratulated the graduates and wished them success in their new lives. He talked about the educational environment created at the university and its distinctive features, saying that the education system not only trains qualified experts but also develops the young generation. He also noted the efficient and hard work of the university faculty, multilateral relations with the world’s leading universities, and university projects, including the construction of a new campus meeting modern standards, the continual development of the university’s facilities, and future large-scale endeavors. Then diplomas were presented to the graduates. H.Isaxanli and Vice President of the university Mahammad Nuriyev, deans of schools, heads of departments, and instructors presented diplomas.
Students making presentations expressed their gratitude to the administration and faculty, recited the Khazar University oath, and took photos.
The ceremony was accompanied by a concert given by the university’s Department of Music and Fine Arts with the participation of students.