Xorvatiya səfirliyinin nümayəndəsi Xəzər Universitetində Representative of the Embassy of Croatia at Khazar University
Sentyabrın 19-da Xorvatiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Neda Milişiç Xəzər Universitetində oldu. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qonağı qəbul etdi. Görüşdə Xorvatiya universitetləri ilə Azərbaycan universitetlərinin əməkdaşlıq məsələləri, o cümlədən mühəndislik, sosial elmlər, iqtisadiyyat və menecment sahələrində Xəzər Universitetinin Xorvatiya universitetləri ilə sıx əməkdaşlıq perspektivləri müzakirə olundu. On September 19, Neda Milišić, Charge d’Affaires of the Republic of Croatia to the Azerbaijan Republic, visited Khazar University and met with Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli. During their meeting, they discussed prospects for future cooperation among Azerbaijani and Croatian universities with a special interest in Khazar University’s potential partnership with various universities in Croatia in the fields of engineering, social sciences, economics and management.