Dərs ilinin yekun konserti Final Concert of the School Year

2014/06/27

İyunun 23-də Xəzər Universitetinin “Dünya” konsert salonunda dərs ilinin yekun konserti keçirildi. Tədbiri giriş sözü ilə universitetin Fəlsəfə və sosiologiya departamentinin müdiri Mail Yaqubov açaraq, konsert barədə iştirakçıları məlumatlandırdı.
Konsert Xəzər Universitetinin Kamera orkestrinin ifasında Fikrət Əmirovun “Sevil” operasından bəzi fraqmentlərlə başladı. Sonra Mühəndis və tətbiqi elmlər fakültəsinin tələbəsi Günel Səbzəliyeva, Təhsil fakültəsinin tələbələri Nərmin Cəfərli, Elçin Feyzullayev və Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Elvin Əliyevin ifasında Niyazi, Səid Rüstəmov, Tofiq Quliyev, Hacı Xanməməmədov, Ramiz Mirişli və Elza İbrahimovanın mahnıları səsləndi.
Xəzər Universitetinin birinci kurs tələbələrindən ibarət rəqs ansamblın ifasında “Qaytağı”, “Gəncədən gəlirəm”, “Şalaxo” və digər rəqslər nümayiş olundu.
Universitetin ingilis dili müəllimi Yeganə Balamedova Elza ibrahimovanın Əliağa Kürçaylının şeirinə bəstələdiyi “Mən sənin yanına qışda gəlirdim” mahnısını ifa etdi.
Konsertdə qonaqlar da iştirak edirdilər. Müğənnilər Amil Həsənoğlu və Əliməmməd Novruzov tələbələrdən Elvin Əliyev və Elçin Feyzullayevlə birlikdə Tofiq Quliyevin “Neftçi” və “Dörd dost” “mahnılarını ifa etdilər.
Konsert tələbələrin ifasında Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlərin nümayişi ilə başa çatdı.
Konsertin təşkilatçısı və bədii rəhbəri universitetin Musiqi və incəsənət depatamentinin müdiri Zülfiyyə Sadıqova, quruluşçuları universitetin müəllimləri Səbinə Minasazova və Telman Əliyev idilər.
Konsertdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və digər əməkdaşlar iştirak edirdilər. On June 23, a final concert of the school year was held at Khazar University’s World Concert Hall. Head of the Department of Philosophy and Sociology at the university, Mail Yagubov, opened the event and informed the audience about the concert.
Then student of the School of Engineering and Applied Sciences, Gunel Sabzaliyeva, students of the School of Education, Nermin Jafarly and Elchin Feyzullayev, and student of the School of Humanities and Social Sciences, Elvin Aliyev, performed songs by Niyazi, Said Rustam, Tofig Guliyev, Haji Khanmamamadov, Ramiz Mirishli and Elsa Ibrahimova.
First-year students of Khazar University’s dance ensemble performed “Gaytagi”, “I’m coming from Ganja,” “Shalakho” and other dances.
English language instructor Yegane Balamedova sang “I come to you in the winter” composed by Elsa Ibrahimova to the poem of Aliaga Kurchayli.
Singers Amil Hasanoglu and Alimemmed Novruzov joined students Elvin Aliyev and Elchin Feyzullayev to perform the songs “Neftchi” and “Four friends” by T. Guliyev.
The concert ended with fragments of the ballet “One Thousand and One Nights” by Fikret Amirov performed by students. The organizer and art director of the concert was Zulfiyye Sadigova, Head of the Music and Fine Arts Department of the University, and the producers were university instructors Sabina Minasazov and Telman Aliyev.
The founder of Khazar University and chairman of the Board of Directors and Trustees, H. Isaxanli, and other faculty and staff also attended the concert.