Akademik dürüstlük məsələlərinə dair dəyirmi masa müzakirəsi keçirildi Round Table Discussion on Academic Honesty Issues

2014/06/23

İyunun 11-də Xəzər Universitetinin Mərkəz kampusunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Qafqaz Tədqiqat Resurs Mərkəzinin (QTRM) təşkillatçılığı ilə “Akademik dürüstlük: Azərbaycan universitetlərində elmi məqalələrin yazılması” adlı layihə çərçivəsində Azərbaycanda akademik dürüstlük məsələlərinə dair dəyirmi masa müzakirəsi keçirildi.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da iştirak etdi. H.İsaxanlı ibtidai məktəbdən başlayaraq doktorantura və elmi-tədqiqat işlərinə qədər hər yerdə akademik dürüstlüyün həyati vacibliyi, plagiat və elmi məsuliyyətsizliyə qarşı kəskin mübarizənin zəruriliyi, qarşıdakı vəzifələr haqqında danışdı, Xəzər Universiteti və “Dünya” məktəbinin müsbət təcrübəsindən misallar gətirdi. On June 11, as supported by Ministry of Education of the Azerbaijan Republic and organized by the Caucasus Research Resource Center (CRRC) within the “Academic honesty: writing academic articles at Azerbaijan universities” project, a round table discussion was held on the issue of academic honesty at Khazar University’s downtown campus.
Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, participated in the event. H.Isaxanli talked about the vital importance of academic honesty everywhere, from elementary school to doctorate studies and research; the need to fight against plagiarism and academic irresponsibility; and further challenges, citing examples of best practices at Khazar University and Dunya School.