Akademik departamentlərin saytdakı bölmələrinin daxili reytinqi Internal Ranking of Academic Departments’ Webpages
Mayın 20-də Xəzər Universitetində akademik departamentlərin universitet saytındakı bölmələrinin daxili reytinqi ilə bağlı iclas keçirildi. Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları və departament müdirləri iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı iclası açaraq, akademik departamentlərin saytdakı bölmələrinin müvafiq, tam və cari informasiya ilə təmin olunmasının mühüm əhəmiyyətini vurğuladı. Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova təqdimatla çıxış edərək, reytinqin metodologiyası, o cümlədən departamentlərin saytdakı bölmələrinin məzmunu və dizaynı, həm də kəmiyyət və keyfiyyətini ölçmək üçün göstəricilər barədə məlumat verdi.
21 akademik departamentin saytdakı bölmələri aşağıdakı əsas sahələri əhatə edən məlumatlar: xəbərlər və elanlar, departamentlər haqqında ümumi məlumat, təhsil prosesi, professor-müəllim heyəti, tədqiqat, məzunlar və tələbələr üçün məlumat əsasında sıralanmışdır. Reytinqin nəticələri barədə təqdimat iştirakçıların fəal və səmərəli müzakirəsinə səbəb oldu. On May 20, 2014 a meeting on internal ranking of academic departments’ webpages was held at Khazar University. University leadership, deans of the schools and department chairs participated in the meeting.
Professor Hamlet Isaxanli, Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, opened the meeting stressing the crucial importance of having attractive academic department webpages with relevant, complete, and up-to-date information. Then his speech was followed by a presentation of Lyudmila Sotova, Head of Quality Assurance Center, who gave information on the methodology of the ranking, including indicators to measure the quantity and quality of both content and design of department webpages.
The webpages of 21 academic departments were ranked based on information covering the following key areas: news and announcements, general information about departments, educational process, faculty staff, research, alumni, and information for students. The presentation on ranking results generated an active and fruitful discussion among the participants.