Xəzər Universitetində Latın Amerikası Günü Latin American Day at Khazar

2014/05/07

Mayın 2-də Xəzər Universitetinin Latın Amerikası Tələbə Klubunun təşkilatşılığı ilə universitetin Mərmər salonunda (Neftçilər kampusu) Latın Amerikası Günü keçirildi.
Tədbirdə universitetin professor- müəllim və işçi heyəti, tələbələri və bir neçə Latın Amerikası ölkələrinin Azərbaycandakı səfirləri və səfirliklərin nümayəndələri – Kolumbiya Respublikasının səfiri Əsəd Jose Jatter Pena, Kuba Respublikasının səfiri Omar Senon Medina Quintero və onun xanımı Esperanza Garmendia, Kuba səfirinin köməkçisi Cəmilə Məmmədova, Braziliya səfirliyinin müşaviri Sostenes Arruda de Makedo, Argentina səfirliyinin müşaviri Gabriel Alexandro Jorquera, Argentina səfirliyinin idarəetmə məsələləri üzrə attaşesi Karlos Ferron Argentinanın Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Tutu Yunusova və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri Ramil Hüseynli iştirak edirdilər.
Tədbir Xəzər Universiteti tələbələrinin qonaqları altı dildə salamlaması ilə başladı. Sonra tələbələr Latın Amerikası ölkələrinin tarixi, coğrafiyası və mədəniyyəti haqqında təqdimatla çıxış etdilər. Tələbələr və peşəkar rəqqasələr tərəfindən Latın Amerikası ölkələrinin mahnı və rəqsləri ifa olundu.
Sonda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, tədbirdə iştirak etdikləri üçün səfirlərə və diplomatik korpusun digər nümayəndələrinə, tələbələrə öz təşəkkürünü bildirdi və tədbiri təşkil edən Latın Amerikası Tələbə Klubunun üzvlərinə sertifikatlar təqdim etdi. Sonda xatirə şəkilləri çəkildi və qonaqların şərəfinə ziyafət verildi. On May 2nd, 2014, a Latin America Day event took place in the Marble Hall (Neftchilar campus). The event was organized by the Latin America Student Club (Club de America Latina) of Khazar University.
The event was attended by Khazar University faculty, staff, students, and representatives of the embassies of several Latin American countries, including: Mr. Sostenes Arruda de Macedo, Advisor to the Ambassador of Brazil to Azerbaijan; Mr. Gabriel Alejandro Jorquera, Deputy Head of the Mission of the Republic of Argentina; Mr. Carlos Ferron, Administrative Attache of Argetina; Tutu Yunusova, Agent of Culture for the Embassy of Argentina in Baku; His Excellency Mr. Omar Senon Medina Quintero, Ambassador Extraordinary and Plenipotentiary of the Republic of Cuba, and his wife Mrs. Esperanza Garmendia; Jamila Mamedova, assistant to the Ambassador of Cuba; His Excellency Mr. Assad Jose Jatter Pena, Ambassador Extraordinary and Plenipotentiary of the Republic of Colombia; and Mr. Ramil Huseynli, head of the department of the Americas of the Ministry of Foreign Affairs of the Azerbaijan Republic.
The event began with welcoming speeches in six languages by Khazar University students. Then students made presentations about the history, geography, and culture of Latin American countries. The presentations included a musical number on guitar by two students and a Latin American dance performance by professional dancers.
At the closing of the event, a speech was made by Prof. Hamlet Isaxanli, founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, in which he thanked the students for their active participation and presented certificates to the Latin American Club members who had organized the event. He also thanked the ambassadors for their participation in the event. Then photos were taken, and a meal was given in honor of the guests.