Xəzər Universitetində yeni qurum yaradılması ilə əlaqədar təyinatlar New Khazar University Institute
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının 1 may 2014-cü il tarixli əmri ilə universitetin idarə olunmasının keyfiyyətinin artırılmasını, sənədləşmə prosesinin təkmilləşdirilməsini, hesabatların və fəaliyyət planlarının etibarlığının artırılmasını, universitetin fəaliyyətinə dair müxtəlif növ məlumatların mərkəzləşdirilmiş və sistemli şəkildə toplanılmasını, təhlilini və ümumiləşdirilməsini təmin etmək məqsədilə İnstitusional Araşdırmalar Mərkəzi yaradılmışdır. H. İsaxanlının həmin tarixli digər əmrləri ilə texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Əhmədov Rafiq Mürsəl oğlu İnstitusional Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilərək, İdarəetmə və tələbə işləri üzrə prorektor vəzifəsindən azad olunmuş, İdarəetmə və tələbə işləri üzrə prorektor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İsaxan Abdulla oğlu İsaxanli İdarəetmə və tələbə işləri üzrə prorektor vəzifəsinə təyin edilmişdir.
Həmkarlarımızı yeni vəzifələri münasibətilə təbrik edir, onlara uğurlar arzulayırıq. By order of Professor Hamlet Isaxanli, Khazar University founder and chairman of the Board of Directors and Trustees, dated May 1, 2014, the Institutional Research Center was established. The center will increase the quality of university management, improve documentation, increase the reliability of reports and action plans, and provide centralized and systematic collection, analysis, and generalization of different types of information about the activities of the university.
In the same order, Doctor of Technical Sciences, Associate Professor Rafig Ahmadov was appointed director of the Center for Institutional Research and dismissed from his position as Vice President for Student Affairs and Administration.
Doctor of Philosophy in Pedagogical Sciences Isakhan Isakhanli, Assistant Vice President for Student Affairs and Administration, was appointed Vice President for Student Affairs and Administration.
We congratulate our colleagues on their new positions and wish them success.