[:az]Martın 5-də Xəzər Universitetinin Mərmər zalında universitetlə BP şirkəti arasında Layihələri İdarəetmə Məktəbinin (LİM) fəaliyyət müddətinin uzadılması haqqında Anlaşma Memorandumu imzalanmışdır. LİM özəl və dövlət sektoru nümayəndələrinə layihələri idarəetmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir proqram üzrə təhsil almaq imkanı təmin etmək üçün 2011-ci ildə BP və onun tərəfdaşları tərəfindən yaradılıb. Təşəbbüsün məqsədi yerli layihələrin idarə olunmasında icranın təkmilləşdirilməsinə yardım etməkdir. Layihə Xəzər Universiteti tərəfindən layihələri idarəetmə və onunla bağlı məsələlərin həlli sahəsində aparıcı təlim şirkəti olan “ESİ İnternational” ilə əməkdaşlıqda həyata keçirilir.
Mərasimdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel (o, mərasimdən əvvəl tələbələrə bp-nin fəaliyyət istiqamətləri ilə bağlı mühazirə oxudu), “ESİ İnternational” şirkətinin Beynəlxalq universitet proqramları üzrə meneceri Ed Hyuz, bir neçə ölkənin Azərbaycandakı səfirləri və media mənsubları ştirak edirdilər.
İmzalanma mərasimində Qordon Birrel çıxış edərək bildirmişdir ki, bp və onun tərəfdaşları Layihələri İdarəetmə Məktəbinə (LİM) göstərdikləri dəstəyin müddətini 2015-ci ilin noyabr ayınadək uzatmaq qərarına gəlmişlər.
Q.Birrel diqqətə çatdırmışdır ki, məktəbin tədris planı dünyada tanınmış iki sertifikatın – Corc Vaşinqton Universiteti tərəfindən verilən “Layihələrin idarə edilməsi üzrə magistr sertifikatı”nın və Layihələrin İdarə Edilməsi İnstitutunun “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” sertifikatının verilməsini əhatə edir. Əməkdaşlığımızın uzadılmasına dair verilmiş qərar məktəbin fəaliyyət göstərdiyi ötən üç ildə əldə etdiyi uğurlara əsaslanır. LİM indiyədək iki uğurlu məzun buraxılışı ilə, ümumilikdə, 300-dən artıq beynəlxalq sertifikat verməklə qarşıya qoyulan məqsədə nail olmuşdur. Sevindirici haldır ki, layihələrin idarəolunması üzrə məktəb tərəfindən təqdim olunan beynəlxalq miqyasda tanınmış, hərtərəfli tədris planı və beynəlxalq standartlar tam şəkildə Azərbaycan dilinə tərcümə edilmişdir. Artıq ingilis dili bilməyən yerli menecerlər də təlimlərdən faydalanacaqlar.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı LİM-ə göstərilən dəstəyə görə bp şirkətinə minnətdarlığını bildirmiş, imzalanacaq sənədin yerli potensialların yaradılması və təhsilin inkişafına töhfə verəcəyinə inamını ifadə etmişdir.
Sonra Anlaşma Memorandumu imzalanmışdır.
Sənədi Qordon Birrel, Ed Hyuz və Hamlet İsaxanlı imzalamışlar.
Hamlet İsaxanlının imzalanma mərasimindəki çıxışını təqdim edirik.
BP, ESI və Xəzər Universiteti arasında Layihələri İdarəetmə Məktəbi haqqında
müqavilə imzalanma mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının çıxışı

BP, ESI və Xəzər Universiteti arasında Layihələri İdarəetmə Məktəbi haqqında
müqavilə imzalanma mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının çıxışı

Hörmətli cənab Gordon Birrell, BP Azərbaycan, Gürcüstan və Türkiyə`nin prezidenti,
hörmətli Ed Hughes, Manager, College Programs (Universitet proqramları üzrə meneceri) ESI,
hörmətli səfirlər, xanımlar və bəylər!
Xəzər Universiteti adından Sizləri böyük məmnunluq hissi ilə salamlayır, Xəzər Universitetinə, onun Neftçilər kampusuna xəş gəlmisiniz deyirəm! Ali təhsil ocaqlarının missiyası adətən 1) təhsil vermək, 2) tədqiqat aparmaq və 3) cəmiyyətə, icmaya xidmət etmək kimi fəaliyyətlərdən ibarət hesab edilir. Xəzər Universiteti öz missiyasına 4) mədəniyyət mərkəzinə çevrilmək vəzifəsini də daxil etdi və bunu həyata keçirə bildi. Lakin bilik iqtisadiyyatının, informasiya cəmiyyətinin və qloballaşmanın aparıcı güc qazanması ilə bir sıra çağdaş ali məktəblər öz missiyalarına sənaye-iş dünyası ilə sıx əlaqələr qurmaq vəzifəsini də daxil etməyə başladılar. 5) Xəzər Universiteti də belə çağdaş ali məktəblər sırasındadır. Bu, nəinki təəccüblü deyil, əksinə , çox təbii sayılmalıdır.
Hər şeydən əvvəl qeyd edək ki, Xəzər Universiteti Azərbaycanın və geniş regionun ilk özəl universitetidir. Azərbaycanda ilk tələbə mərkəzli təhsil modeli, tələbələrə geniş seçim imkanları verən, faktik olaraq hər tələbəyə öz trayektoriyası üzrə uyğun kredit yığmaqla təhsil alıb məzun olmaq imkanı verən ilk universitetdir. Akademik azadlığı əsas götürən Xəzər Universiteti insanları səmərəli işləməyə çağıran cəzbedici beynəlxalq mühit yaratmağa nail oldu. Tədris proqramlarını və idarəetmə sistemini Qərb standartlarına uyğun quran ilk Azərbaycan universitetidir. Əsas tədris dili ingiliscə olan ilk universitetdir. Dörd fakültədə – Mühəndislik və tətbiqi elmlər, İqtisadiyyat və menecment, Humanitar və sosial elmlər və Təhsil fakültələrində çoxsaylı bakalavr, magistr və PhD proqramları fəaliyyətdədir. Xəzər Universiteti Azərbaycanda ən ciddi və geniş doktor proqramları ilə tanınır, doktor təhsili alanların sayına görə dövlət universitetlərinin çoxunu qabaqlayır, özəl ali məktəblər arasında birincidir. Fakültə və akademik departamentlərlə yanaşı “Xəzər”də çoxsaylı institutlar və mərkəzlər fəaliyyət göstərirlər; bu institutlar və mərkəzlər müxtəlif tədqiqatlarla məşğul olur, müxtəlif layihələr üzərində işləyir, müxtəlif təlimlər aparırlar (məsələn, Texnopark, Film və Animasiya Mərkəzi, CRRC- Qafqaz Resurs-Tədqiqat Mərkəzi, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi, Təhsil Siyasəti İnstitutu və s.). Onların bir hissəsi kənardan maliyyə alır, əksəriyyəti məhz bu yolla təsis olunmuş və fəaliyyətə başlamışdır.
Xəzər Universiteti beynəlxalq əməkdaşlıq proqramlarına görə də Azərbaycanda birinci və geniş regionda ən tanınmış ali məktəblərdən biridir, hal-hazırda bizim Avropa, Amerika və Asiyadakı akademik təşkilatlarla 250-yə qədər beynəlxalq əməkdaşlıq proqramlarımız mövcuddur. Xəzər Universiteti dünyada tanındı, təsadüfi deyil ki, bütün beynəlxalq reytinqlərdə Azərbaycan, bir çox hallarda da bölgə birincisi oldu; məsələn, son ilin beynəlxalq QS universitetlər reytinqində 650+ ən yaxşı ali məktəb sırasına daxil oldu, həm də Azərbaycan birincisi oldu. Xəzər Universiteti kitabxanası neçə illərdir ki, açıq resurslar siyasətinə görə dünyanın yaxşı kitabxanaları sırasına Qafqaz və Orta Asiyadan düşən tək kitabxanadır .
Xəzər Universiteti sənaye və iş dünyası ilə əlaqələrinə fövqəladə dərəcədə əhəmiyyət verir və bu işdə ən yaxın və etibarlı tərəfdaşımız BP olmuşdur desək, səhv etmərik. Təqribən 10 il əvvəl BP üz-üzə və məsafədən təhsili kombinə etməklə öz gənc işçiləri üçün neft mühəndisliyi üzrə texniki təlim və magistr proqramı həyata keçirmək istərkən Azərbaycandan Xəzər Universiteti, Böyük Britaniyadan Herriot-Watt universitetini tərəfdaş seçdi. Biz bu işi uğurla həyata keçirdik. Bu əməkdaşlıq həmçinin bizim müəllimlərin Böyük Britaniyada təlim keçməsinə və tələbələrimizin BP-dən təqaüd almalarına da kömək etdi. Bu üçbucaq əməkdaşlıq Dünya Bankının Budapeşt forumunda ən yaxşı universitet-sənaye münasibəti hesab edildi.
BP ilə daha bir əməkdaşlığımız bu gün bizi bir yerə yığan ideyanın birinci pilləsi oldu. BP, ESI və Xəzər Universitetinin əməkdaşlığı nəticəsində Xəzər Universitetində Layihələri İdarəetmə Məktəbi yaradıldı. BP-nin ciddi iştirakı bu yeni əməkdaşlıq üçbucağına güc verdi və onu populyarlaşdırdı. Çoxsaylı gənclər Layihələrin idarə edilməsinin müxtəlif modulları üzrə təlim aldılar, xeyli hissəsi magistr dərəcəsi aldı (George Washington universitetindən), bir hissəsi professionallıq üçün imtahan verməyə nail oldu. Artıq bu imtahanlar da Xəzər Universitetində keçirilməkdədir, ölkə xaricinə getməyə ehtiyac qalmadı. Onu da deyim ki, Xəzər Universiteti qazandığı təcrübə nəticəsində Layihələrin idarə edilməsi üzrə öz magistr proqramını da yaratdı (MBA proqramında bir konsentrasiya kimi).
Həmin 3 tərəfdaş – BP, ESI və Xəzər Universiteti Layihələrin idarə edilməsi işinin fövqəladə uğur qazandığını nəzərə alaraq, bu sahədə yeni müqavilə imzalamaq qərarına gəldilər.
Mən təhsil və tədqiqat sahələrinin inkişafına dünyada və xüsusən Azərbaycanda verdiyi böyük töhfələr görə BP-yə təşəkkür edirəm. Düşünürəm ki, yaxın gələcəkdə Xəzər Universiteti ilə BP arasında yeni əməkdaşlıq ideyaları yaranacaq, həm universitet, həm sənaye dünyasının inkişafı naminə birgə əməkdaşlığımız davam edəcək.
Mən ESI-yə – bizim digər dost və tərəfdaş təşkilata da minnətdarlığımı bildirirəm, bu, sadə bir əməkdaşlıq deyildi, çox çalışmalı olduq, çətinliklərlə qarşılaşdıq, amma uğur qazandıq. Uğur qazandıq ki, bu gün bir yerdəyik! Təşəkkür edirəm!
[:en]On March 5, a Memorandum of Understanding to renew the activity of the School of Project Management (SPM) was signed between the university and BP at Khazar University’s Marble Hall. SPM was founded in 2011 by BP and its partners to provide representatives of the private and public sector an opportunity to study a wide range internationally accepted programs on project management. The purpose of this initiative is to support the improvement of performance in the management of local projects. The project is carried out with the collaboration with Khazar University and “ESI International,” which is a leading training company on project management solutions.

Participants in the ceremony included administrators and staff members of Khazar University; Mr. Gordon Birrell, BP Regional President for Azerbaijan, Georgia and Turkey, who also delivered a lecture to Khazar students about BP’s activities before the ceremony; Ed Hughes, manager of international university programs of “ESI International”, ambassadors of several countries to Azerbaijan; and media representatives.

Gordon Birrell made a presentation at the signing ceremony and noted that BP and its partners agreed to extend the terms of support to School of Project Management (SPM) until November 2015.
G. Birrell noted that the school offers two world-recognized certificates: “Master’s Certificate in Project Management” from George Washington University and “Project Management Specialist” from Project Management Institute. The decision to extend cooperation was based on successes of the school over the last three years. SPM has given two graduations so far and has awarded over 300 international certificates. It has also coordinated the full translation of its internationally recognized comprehensive curriculum and international standards on project management into Azerbaijani. Local managers who do not speak English can now benefit from its training. Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, expressed his gratitude to BP for their support of SPM, and he expressed his belief that the renewed contract will contribute to the development of local potential and fruitful training. Then the Memorandum of Understanding was signed by Gordon Birrell, Ed Hughes and Hamlet Isaxanli.
We present Hamlet Isaxanli’s speech made at the signing ceremony:
Speech of Professor, Hamlet Isaxanli, Founder of Khazar University, Chairman of Board of Directors and Trustees at the contract signing ceremony between BP, ESI and Khazar University on the School of Project Management

Dear Mr. Gordon Birrell, BP’s Azerbaijan-Georgia-Turkey Region President,
Dear Mr. Ed Hughes, ESI International Manager of College Programs
Ambassadors, Ladies and Gentlemen,

On behalf of Khazar University, it is my great pleasure to greet you and welcome you to Khazar University’s Neftchilar campus! Normally, the mission of a higher education institution consists of activities such as 1) providing education, 2) carrying out research, and 3) community service. Khazar University added to these the mission of 4) becoming a cultural center, and it has been able to accomplish that. Now in the age of the knowledge economy, an information society and globalization, some modern universities have also begun to take on the mission of creating strong university-industry relations. 5) Khazar University is among those modern institutions. This should not be surprising; on the contrary, it should seem very natural.
First of all, let us note that Khazar University is the first private university in Azerbaijan and in the broader region. It is the first university in Azerbaijan to use a student-centered model and to allow each student to graduate by making free choices, earning credits along his or her own selected trajectory. Khazar University, which is founded on the principle of academic freedom, has been able to create an attractive international environment which calls people to fruitful work. It is the first university in Azerbaijan to align its educational programs and administrative systems to western standards and is the first university with English as a medium of instruction. Many bachelors, masters and PhD programs are offered by its four schools: Engineering and Applied Science; Economics and Management; Humanities and Social Sciences; and Education. Khazar University is known for having the most diverse and developed doctorate programs in Azerbaijan, for which it surpasses most state universities in the number of applicants, and is first among private universities. In addition to its schools and academic departments, Khazar runs many institutes and centers which carry out various types of research, projects, and trainings (for example, the Technopark, the Film and Animation Center, Caucasus Resource Research Center, Eurasia Extractive Industries Knowledge Hub, the Institute for Educational Policy…). Many of these centers are funded by outside sources, and the majority of them were founded as a result of external grants.
Khazar University also takes first place in Azerbaijan and in the wider region for its international partnerships. We currently have around 250 international partnership programs covering Europe, America and Asia. Khazar University has become recognized worldwide. For example, in last year’s international QS ratings, Khazar was included in the 650+ top universities, and was first in Azerbaijan. For many years, Khazar’s library has been the only library from the Caucasus and Central Asia to be included in the ratings of libraries with its open access policy.
Khazar University places an extreme degree of importance on university-industry relations, and it would not be an overstatement to say that BP has been our closest and most faithful partner in this area. About 10 years ago when BP wanted to implement master programs and technical training in petroleum engineering for its young employees by combining distance and face-to-face education, it chose Khazar University from Azerbaijan and Herriot-Watt University from Great Britain as its university partners. We successfully implemented this program. The resulting partnership also gave our instructors the opportunity to receive training in Great Britain and our students the opportunity to receive scholarships from BP. This triangular partnership was named as the best example of university-industry relations at the World Bank forum in Budapest in 2005.
The first step of another partnership initiative we have with BP is what brings us all together today. As a result of cooperation among BP, ESI and Khazar University, the School of Project Management at Khazar University was created. The serious participation of BP empowered and popularized this new partnership triangle. Many young people have gone through the training of various project management modules, a large portion of them earned master’s degrees from George Washington University, and some of them have even succeeded in taking professional exams. These exams are already offered at Khazar University, so test-takers no longer have to travel abroad. I’d also like to say that as a result of the experience Khazar University gained, it was able to create its own master degree program in project management (as a concentration within its MBA program).
Taking into account the extraordinary success in project management, the same three partners—BP, ESI and Khazar University—have decided to sign a new contract.
I would like to thank BP for its great contributions worldwide to the development of education and research, particularly in Azerbaijan. I believe that in the near future, new partnership ideas will arise between Khazar University and BP, and we will continue our partnership for the sake of development of both the university and the industrial world.
I would also like to thank ESI, another friend and partnering organization. This was not a simple partnership; we have had to work hard and have met some difficulties, but we have achieved success. It is a sign of success that we are together today! Thank you very much!
[:]