[:az]Fevralın 28-də Xəzər Universitetinin “Dünya” konsert salonunda Hamlet İsaxanlının “Ziyarət” poeması əsasında səhnələşdirilmiş musiqili tamaşanın premyerası oldu. Tamaşaya müqəddimə kimi H. İsaxanlının həyat və fəaliyyətinə aid qısa film nümayiş etdirildi.
Tamaşanın rejissoru AzTV-nin əməkdaşı Faizə Mehdiyeva, quruluşçu rəssamı Mir Rafiq Əbdülrəhimov, musiqi tərtibatçısı Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova, baş rolun – Hamlet İsaxanlı rolunun ifaçısı istedadlı gənc aktyor Nicat Həbibov idi.
Digər rollarda Xəzər Universitetinin müəllimi, Opera və Balet Teatrının solisti Məhsəti Cabbarova (Xanım Aşıq), universitetin tələbələri Hüseyn Qəhrəmanlı (Qaçaq İsaxan), Arzum Cəlilova (Zeynəb ana), Nizami Əliyev (Kənd ağsaqqalı), Nuranə Məmmədzadə, Ayşəm Bəşirova (kənd gəlinləri), Xəyal Quliyev (Komissar), Elçin Feyzullayev (Kənd aşığı), Adil Ramazanov, Məmməd İmanlı, Zaur Mütəllimov (kəndlilər) və uşaq rollarında “Dünya” məktəbinin şagirdləri çıxış etdilər.
Tamaşanın sonunda Hamlet isaxanlı çıxış edərək, yaradıcı heyətə təşəkkürünü bildirdi və ad günü münasibətilə ona universitet kollektivi adından gül dəstəsi təqdim olundu.[:en]On February 28, the premiere of a musical performance based on Hamlet Isaxanli’s poem “Pilgrimage” was held in Khazar University’s World Concert Hall. A short film about the life and activity of H. Isaxanli was shown as an introduction to the performance.
The director of the performance was employee of AzTV, Faize Mehdiyeva; the stage design artist was Mir Rafiq Abdulrahimov; the musical director was Head of Khazar University Department of Music and Fine Arts, Zulfiyya Sadigova; and the main role of Hamlet Isaxanli was performed by a talented young actor, Nijat Habibov.
Other roles were played by instructor of Khazar University and soloist of the Opera and Ballet Theatre, Mehseti Jabbarova (Ms Ashug); university students including Hussein Gahramanli (Runaway Isaxan), Arzu Jalilova (mother Zeyneb), Nizami Aliev (village adviser), Nurana Mammadzade and Ayshem Bashirova (village brides), Khayal Guliyev (Commissioner), Elchin Feyzullayev (village Ashug), Adil Ramazanaov, Memmed Imanli, and Zaur Mutallimov (peasants). Children’s roles were played by students of “Dunya” School.
At the end of the play, Hamlet Isaxanli made a presentation expressing his gratitude to the creative staff. On the occasion of his birthday, a bouquet of flowers was presented to him on behalf of the university. [:]