[:az]İzmir Ali Texnologiya İnstitutunun (İzmir Yüksek Teknoloji Enstitüsü – İYTE) rektoru professor Mustafa Güden, prorektoru professor Sedat Akkurt və professoru Rasim Əlizadə dekabrın 2-də Xəzər Universitetinin qonağı oldular. Qonaqları universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı səmimi salamlayaraq, dəvəti qəbul edib Bakıya gəldikləri üçün M. Güdenə təşəkkürünü bildirdi. Sonra H.İsaxanlı İzmirli qonaqları universitetin rəhbərliyi ilə görüşə dəvət etdi. Görüşdə prorektorlar Məhəmməd Nuriyev, Rafiq Əhmədov və Fərda Əsədov, dekanlar Həsən Niknəfs, Cabir Xəlilov, Elza Səmədova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Qəbul və tələbə şöbəsinin müdiri İsaxan İsaxanlı, İnkişaaf departamentinin direktoru Raziyə İsayeva və digər əməkdaşlar iştirak edirdilər.
H. İsaxanlı qonaqları salondakılara təqdim edərək, İzmir Ali Texnologiya İnstitutu haqqında məlumat verdi. Təhsil fakültəsinin dekanı, dosent Elza Səmədova slaydların müşayiəti ilə Xəzər Universitetini ətraflı təqdim etdi. M. Güden İYTE, oradakı bölümlər, fakültələr, son 20 ildə institutun əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verdi. M. Güden, həmçinin, iştirakçıların çoxsaylı suallarını cavablandırdı. Sonra H. İsaxanlıya institutun hədiyyəsini təqdim etdi.
Qonaqlar həmin gün Xəzər Universitetinin laboratoriyaları, mədəniyyət mərkəzi, Kitabxana İnformasiya Mərkəzi və digər qurumları ilə tanış oldular. Sonda xatirə şəkilləri çəkildi.[:en]On December 2, President of Izmir Institute of Technology, Professor Mustafa Güden, Vice President, Professor Sedat Akkurt, and Professor Rasim Alizadeh visited Khazar University.
The founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, welcomed the guests and expressed his gratitude to M. Güden for accepting the invitation to come to Baku. Then H. Isaxanli invited the guests to meet with the administration of the university. The meeting was attended by Vice Presidents Muhammed Nuriyev, Rafig Ahmedov and Ferda Asadov; Deans Hassan Niknafs, Jabir Khalilov, and Elza Samadova; director of Public Relations and Media, Alovsat Amirbeyli; Head of the Department of Student Admissions, Isakhan Isakhanli; Director of Development, Raziya Isayeva; and other officials. Introducing the guests to the audience, H. Isakhanli gave information about Izmir Institute of Technology. Dean of the School of Education, Professor Elza Samadova, presented Khazar University in detail with a PowerPoint presentation. M. Güden gave detailed information about Izmir Institute of Technology with its divisions, departments, and achievements in the last 20 years. M. Güden answered participants’ questions. Then he presented a gift of the institute to H. Isaxanli.
Guests toured the university laboratories, cultural center, Library and Information Center and other institutions. At the end, photos were taken.[:]