[:az]Noyabrın 28-də Azərbaycan dövlət televiziyasının “Mühazirə” verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının mühazirəsi efirə verildi. Mühazirənin mövzusu “Riyaziyyat və onun tarixi” idi.
Mühazirədə H. İsaxanlı riyaziyyatın tətbiqi və intellektual əhəmiyyəti haqqında danışdı. Riyaziyyatın və ümumiyyətlə elmlərin ilkin inkişaf bölgələrini saydı, onları xarakterizə etdi. Misirdə və Babilistanda (Mesopotamiya) riyaziyyatın yaranması və uğurları, Yunanıstanda riyaziyyatın inkişaf xüsusiyyətləri, riyaziyyat məktəbləri, riyaziyyat və fəlsəfə barədə məlumat verdi. Pifaqor, Fales, Platon, Arxit, Eudokus, Aristotel və onların riyaziyyata verdiyi töhfələrı müzakirə etdi. Riyaziyyat və astronomiya, riyaziyyat və musiqi nəzəriyyəsi əlaqələrini göstərdi. Xüsusilə Evklid və Arximed`in riyaziyyatın inkişafında oynadıqları böyük rolu nəzərə çatdırdı. Riyaziyyatın öyrənilməsi üçün nəyin zəruri olduğu, riyazyyata həvəsin yaradılması məsələlərinə də toxundu. Tələbələrin müxtəlif suallarına cavab verdi.[:en]On November 28, a lecture of the founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, was broadcast on the “Lecture” Program of Azerbaijan State Television. The topic of the lecture was “Mathematics and its History.”
H. Isaxanli talked about the applications of mathematics and its intellectual significance. He listed and characterized the regions where mathematics and the sciences in general first developed. He gave information about the establishment and achievements of mathematics in Egypt and Mesopotamia, characteristics of the development of mathematics in Greece, schools of mathematics, and the connections of philosophy and mathematics. He talked about Pythagoras, Thales, Plato, Archytas, Eudoxus, Aristotle, and their contributions to mathematics. He showed relationships between mathematics and astronomy as well as mathematics and music theory. In particular, he noted the major role of Archimedes and Euclid in the development of mathematics. He discussed what is necessary to generate motivation for the study of mathematics. He also answered students’ questions.[:]